Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Yük maşını ilə əsgərlərə hücum edən şəxsin İŞİD-lə əlaqəsi var.
Etikxeber.az xəbər verir ki, bunu hadisə yerinə gələn İsrailin Baş naziri Benyamin Netanyahu açıqlamasında deyib. Bu barədə Haaretz portalı məlumat verib:
“Biz hücum edən şəxsin kim olduğunu bilirik və bütün əlamətlər onun İŞİD-lə əlaqəsi olduğunu göstərir”.
Baş nazir həmçinin Nitsa, Berlin və Qüdsdə yük maşınının iştirakı ilə törədilən terror aktları arasında əlaqənin olduğunu deyib. O, bu cür hadisənin təkrarlanmaması üçün bir sıra addımlar atılacağını bildirib.
Qeyd edək ki, bu gün Qüdsdə naməlum şəxs yük maşınını avtobusdan düşən bir qrup əsgərin üzərinə sürüb. Nəticədə 4 nəfər həlak olub, 15 nəfər yaralanıb. Sürücü əsgərlər tərəfindən güllələnib. Yerli polis hadisənin terror aktı olduğunu bildirib.
Etikxeber.az