Neymar Çempionlar Liqasının səkkizdəbir finalında meydana çıxmayacaq?

“Paris Sen-Jermen” klubunun braziliyalı hücumçusu Neymar komandasının UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsi çərçivəsində fevralın 12-də “Mançester Yunayted” ilə görüşündə meydana çıxmaya bilər.

Etikxeber.az klubun saytına istinadla xəbər verir ki, buna səbəb 26 yaşlı hücumçunun Fransa kuboku uğrunda turnirin onaltıdabir final mərhələsində parislilərin “Strasburq”a qalib gəldiyi (2:0) oyunda zədələnməsidir.

Həkimlər Neymarın azı 20 gün forma geyə bilməyəcəyini bildirirlər.

neymarrrrrrrrrr

Bu itki komandanın baş məşqçisi Tomas Tüxeli ciddi narahat edib. Almaniyalı 45 yaşlı mütəxəssis bu barədə deyib: “Aparılan ilkin müayinələr zamanı Neymarın sağ ayağının sümüyü zədələnib. Həkimlərimiz Neymarın sağalması üçün əllərindən gələni edəcəklər”.

Xatırladaq ki, hücumçu cari mövsümdə “Paris Sen-Jermen”in heyətində 23 oyunda 20 qol vurub.

Etikxeber.az

Read Previous

Azərbaycan konstruktiv dialoqa hazırdır və açıqdır – DEPUTATDAN XƏBƏRDARLIQ

Read Next

Gənclər siyasəti ilə bağlı qanuna bir sıra dəyişikliklər təklif olunur… – YENİLƏNİB – (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir