Neymar üç oyunluq cəzalandırıldı…

UEFA Fransanın “Paris Sen-Jermen” klubunun braziliyalı hücumçusu Neymara üç oyunluq cəza verib.

Etikxeber.az UEFA-nın saytına istinadla xəbər verir, buna səbəb iyirmi yeddi yaşlı futbolçunun Çempionlar Liqasının səkkizdəbir finalında İngiltərənin “Mançester Yunayted” komandası ilə görüşdəki penalti epizoduna görə hakimləri təhqir etməsi olub.

Braziliyalı oyunçu 2019-2020-ci illər mövsümündə bu mötəbər yarışın qrup mərhələsinin ilk üç oyununda komandasının heyətində çıxış edə bilməyəcək.

Qeyd edək ki, Fransada keçirilmiş qarşılaşmada PSJ rəqibinə məğlub olmuşdu.

Etikxeber.az

Read Previous

“Bir kəmər-bir yol”-da iştirak edən dövlət və hökumət başçılarının şərəfinə ziyafət verildi – FOTOLAR

Read Next

İpək Yoluna Dəstək Qrupunun ikinci beynəlxalq konfransı – MİNSK BƏYANNAMƏSİ QƏBUL EDİLƏCƏK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir