Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Hazırda ölkədə vətəndaşlar arasında dini nikah-kəbin çox bağlanır, amma bu, onlar arasındakı nikahın daha da möhkəmlənməsinə xidmət etməlidir.
Etikxeber.az xəbər verir ki, Milli Məclisin (MM) Dini qurumlar və ictimai birliklər komitəsinin sədri Siyavuş Novruzov mayın 23-də parlamentdə keçirilən ictimai müzakirələrdə deyib.
Komitə ölkədə münasibətdə olan əks cinslər arasında bir sıra hallarda nikahın bağlanmamasından narahatlığını bildirib.
Onun sözlərinə görə, dini nikah bir mənəvi dəstəkdir.
“Amma gələcəkdə mütləq elə bir addım atmalıyıq ki, tərəflər arasında nikah müqavilələri də bağlansın. Mülkiyyət münasibətləri, alimentin verilməməsi, uşaqların valideynlərə göstərilməməsi ilə bağlı rəsmi qurumlara müraciətlər, şikayətlər edilir. Buna görə də nikah müqavilələri bağlanmalıdır. Bəzən gəlini gətirirlər və onu evdə qeydiyyata salmırlar ki, birdən sabah əmlaka iddiaçı olar. Bu baxımdan nikah müqavilələrinin bağlanması çox düzgündür”-deyə, S. Novruzov sözlərinə əlavə edib.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az