Nikolas Maduro Şəhidlər xiyabanını da ziyarət etdi – FOTOLAR – YENİLƏNİB

Azərbaycanda rəsmi səfərdə olan Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro oktyabrın 22-də Fəxri xiyabana gələrək mərhum dövlət başçısı Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Etikxeber.az xəbər verir ki, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Tanınmış dövlət xadimi və ictimai xadim Əziz Əliyevin və istedadlı həkim-alim Tamerlan Əliyevin məzarları üstünə də gül dəstələri qoyulub.

***

Nikolas Maduro sonra Şəhidlər xiyabanını ziyarət edib.

Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Venesuela Prezidenti Nikolas Maduro Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Venesuelanın və Azərbaycanın dövlət himnləri səslənib.

Azərbaycan paytaxtının mənzərəsini seyr edən Venesuela Prezidentinə Şəhidlər xiyabanının tarixi və paytaxtda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

maduro-8maduro-9

Etikxeber.az

Read Previous

“Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlıqda maraqlıyıq” – MADURO

Read Next

Goranboy və Beyləqanda ölümlə nəticələnən yanğın hadisələri baş verdi – FACİƏ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir