“Niyə Türkiyəni Avropa İttifaqına üzv qəbul etmirsiniz? Bizə qarşı da savaşın açılmasını gözləyirsiniz?”-ƏRDOĞANDAN Aİ-YƏ KƏSKİN ETİRAZ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dəfə Avropa İttifaqı (Aİ) və NATO-nu kəskin tənqid edib.

Etikxeber.az-ın xəbərinə görə, Ərdoğan Ukraynanın Aİ-yə üzvlüklə bağlı müraciətinə adıçəkilən qurum tərəfindən göstərilən həssas münasibətin Türkiyəyə də göstərilməsini dilə gətirib.

“Ukraynanın Avropa İttifaqına üzvlüklə bağlı müraciətinə və bu istiqamətdə atılan addımlara çox müsbət yanaşıram. Ancaq istəyirəm ki, belə bir həssas münasibət və müsbət yanaşma Türkiyəyə də göstərilsin. Niyə Türkiyəni Avropa İttifaqına üzv qəbul etmirsiniz? Bizə qarşı da savaşın açılmasını gözləyirsiniz?”-deyə, Ərdoğan bildirib.

O, eyni zamanda, NATO silahlarının Türkiyəyə satışına qoyulan qadağaya kəskin etirazını bildirib və bunun aradan qaldırılmasını tələb edib.

Etikxeber.az

Read Previous

“Başqa bir ölkəni işğal edən diktator dünya çağında bədəl ödəyər və Putin bədəl ödəyəcək”-ABŞ PREZİDENTİ

Read Next

Aİ Rusiya ilə bağlı 4-cü sanksiya paketi üzərində-İŞLƏYİR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir