“Niyə şər və böhtanlarla bağlı səsini çıxarmadı?…” – POLİTOLOQDAN ASLANOVLARA DƏSTƏK

BDU-nun fəlsəfə kafedrasına edilən planlı hücum necə iflasa uğradı?

Nəslimizin ağsaqqalı Əliheydər kişi üç-dörd gündür rəhmətə gedib və onun rəhmətə gedən günü də 96 yaşı tamam oldu. Kişi gülə-gülə, sevinclə, fərəhlə gözlərini yumdu. Məni o kişi böyütmüşdü. Bakı Dövlət Universitetinə o, göndərmişdi. Səbəb də bu idi ki, universiteti öz əxlaqına, öz vicdanına, şərəfinə… tay tuturdu.

Bakı Dövlət Universitetində oxudum, ali təhsil aldım… Kişi deyirdi ki, insanı insan edən üç şeydir. Birincisi onun övladıdır. O, səninlə ancaq qəbir evinədəkdir. İkincisi o kişinin sərvətidir. O da ölənədək səninlədir. Torpağa ki, qoyuldun, sərvət-filan da getdi. Üçüncüsü isə əməllərindir. Sən durduqca, o da yanında olacaq…

Bir tərəfdə Bakı Dövlət Universiteti, o biri tərəfdə 96 yaşında rəhmətə gedən baba… Universitetə gələndə onun daşına-divarına salam  verib keçirəm.

Çünki o, hələ ölməyib. Cəhd ediblər öldürsünlər… amma mümkün olmadı. Bəzilərinə də elə gəlir ki, Bakı Dövlət Universitetində sular bulanıb və bulanıq suda istənilən balığı tutmaq mümkündür. Universəitetin dünyanın elm və təhsil məkanlarında ad çışxarmış, mükəmməl elmi fəaliyyətlərilə tanınan, hörmət və ehtiram sahibi olanlara (məhz Akademik Abel Məhərrəmovdan sonra) qarşı tədricən əxlaq kodeksi dəyişməyə başladı. Lətifələr qoşuldəu, saytlarda hərə bir söz dedi. Biri dedi, bu elm mərkəzini başqa yerə köçürürlər. Biri dedi hüquq-mühafizə orqanları Universitetə basqın ediblər, auditoriyalarda sorğu-suallar qurulub. Bir başqası da dedi, Akademikin kitabxanasını başına uçurublar…

Əslində heç nə yoxdur. Qurulan dekorasiyalar, küt qələmlə yazılan ssenarilər elə yerində qaldı. Halbuki kiçik araşdırmalarımıza görə növbəti hədəf Bakı Dövlət Universitetinin fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının kollektivi və kollektivə başçılıq edən professor Rəbiyyət xanım Aslanova idi…

Qadına hücum bizdə adətdir. (Baxmayaraq ki, o, hücumlardan birini mən etmişəm və bu gün baş verənlərin səbəbkarını axtarmadan mənəvi-psoxoloji əziyyət çəkirəm). Baş verən hadisələrdə çox vaxt düyün nöqtələrini itiririk. Və başımızı qaldıranda görürük ki, başımızın üstündə dayananlar əmr verir: Yaz!.. Amma hələ nöqtə qoyma. Çünki yenə yazacaqsan.

Saytlardan biri yazır ki, Bakı Dövlət Universitetində… qalmaqaldı. Səbəb də var. Fələsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının müdiri professor Rəbiyyət xanım Aslanovanın başçılıq etdiyi kafedrada işləyən gənc xanımla hüquq fakültəsinin tələbəsi arasında sevgi münasibətləri olub… Mayasında şər, böhtan və yalan olan bu xəbərin nə üçün verildiyi də məlumdur. Universitetin hüquqşünası Tamilla xanım Çələbiyevaya çaxmağı çəkilmiş bir silah verdilər ki, qızım, durma at… O da atdı. Amma hədəfə dəymədi. Nə üçün?.. Çünki bu uydurmanın, şər və böhtanın dayaqları yox idi. Bir az kənarda isə, kafedra üçün böhtandan, şərdən, xəyanətdən tor quranlar dayanmışdı. Onlar baxırdılar ki, xanım Çələbiyeva silahı necə atacaq. Amma tez də dağılışdılar.

Əslində ssenari belə yazılmışdı: xanım T.Çələbiyevanın hay-küylü məktubundan sonra polis işə qarışmalı idi. Sonra təhqiqat aparılmalı idi. Ondan sonra müstəntiqlər araşdırmalar aparmalı idilər. Sonra yalançı dindirmə protokolları yazılmalı idi. (Amma bu məsələnin kötüyündə heç nə yox idi).

Sonda sənədlər BDU-nin rəhbərliyinə verilməli idi. Rəhbərlik də məsələni “Şərəf- və ləyaqət” çərçivəsində müzakirə etməli idi. Və lap sonda…

Hamı susdu. Meydanı tələm-tələsik boşaldıb, cəllad kötüyünü cəlladın qoltuğuna verib, yola saldılar… Böhtanla, şərlə, ifira ilə üz-üzə dayanmaq, onlarla mübarizə aparmaq çox çətindir. Əslində professorun öz kafedrasının şərəf və ləyaqətinin müdafiə etməsi, təbiidir. Araşdırmalarımızdan belə nəticə çıxdı ki, professor həm də kafedradakı əməkdaşlarının (gənc alim və tədqiqatçıların) əxlaqını, onların nəsillərini, ailələrini… müdafiə edib. Kafedrada çalışan laboranta gəlincə… qeyd edim ki, o da gözəl, istedadlı bir xanımdır. Hüquqşünas Tamilla xanım Çələbiyeva qeyd edir ki, o həmişə insanlara kömək edib və heç vaxt problem yaratmayıb. Amma təəssüf… Təəssüflər olsun ki, onun özü üçün problem yaradıblar. Qolundan yapışıb, fəlsəfə kafedrasının qapısına çəkiblər. Və yaxud, maraqlıdır ki, Yazamal Rayon Polis İdarəsində də elə bir şikayət məktubu yoxdur…

Laborant xanımdan edilən şikayətlər də yoxdur… və s. Bütün bunlar fəlsəfə tarixi kafedrasına kölgə salmaq üçün atılan addımlardır. Və xanım T.Çələbiyeva bunu da unutmasın ki, belə böhtan, şantaj və şər dağarcıqları ehtimal var ki, bir az kənarda hazırlanır. Fəlsəfə kafedrasına nüfuz etmək onun vəzifə borcu da deyil. Şikayət məktubu yazılıbsa o məktub azından kafedra müdirilə müzakirə olunmalı idi. Digər tərəfdən xanım T.Çələbiyeva bilmir ki, Bakı Dövlət Universitetində hansı proseslər baş verir?

Biz onun haqqında daha geniş, daha ciddi araşdırmalar aparmalı olduq. Məgər bu yolla getmək bizə lazım idimi? Siz heç öz vəzifə borcunuzu bilmirsiz. Heç Sizin nizamnaməniz də yoxdur… polisə tərəf üz tutmanız (heç sizi qəbul edən də olmayıb.) Sizin zəifliyinizdir. Biz polis idarəsində Sizin heç bir imzalı, imzasız şikayətinizi görmədik… Başqalarının əlində dirijor çubuğu olmaqdan dəhşətli heç nə yoxdur… Fəlsəfə kafedrasının bütövlükdə şərəf və ləyaqətinin qorunmasıdır. Orada işləyənlərin, onların valideynlərinin qorunmasıdır. Kafedraya, onun əməkdaşlarına, professor, kafedranın müdiri Rəbiyyət xanım Aslanovaya uzanan əllər kəsiləcəkmi?

RABIYYAT-1

Xainlik, paxıllıq, satqınlıq… şərəfsiz bir həyat keçirmək görünür bizim xislətimizdədir. Və hərdən düşünürəm; bəs nə üçün hüquqşünas Tamilla Çələbiyeva neçə aylar öncə Fəlsəfə Tarixi Kafedrasının başçısı Rəbiyyət xanım Aslanovaya və onun ailəsinə edilən hücumlarla bağlı, yersiz, əsassız şər və böhtanlarla bağlı səsini çıxartmadı? Məgər Sizin borcunuz deyildimi həmkarınızı, 40 ildən artıq elmin zirvəsinə doğru yol götürən və şərəflə bu yolu davam edən professoru müdafiə etmək?

ELNUR AS

Buna onun ehtiyacı da yox idi. Amma artıq böhtan kompaniyası çərçivəsindən çıxmışdı. Görünür oyun davam edir. Və bu ləyaqətsiz kompaniyanın başında duranlar bir şeyi anlamırlar: – taleyin yolunu dəyişdirmək olmur. Onu gecikçdirmək olar, onu əzmək olar… amma Allahın hökmünü dəyişmək olmaz. Kim bilir, bəlkə professor, ən gözəl illərini, həyatının mənalı və şərəfli anlarını Bakı Dövlət Universitetinin divarları arasında keçirən bu müdrik qadın möhtəşəm elm ocağında daha da parlayacaq?..

Qadınlarımız arasında elm xadimlərimiz azdır. Bəlkə də sonuncu yerdəyik. Onları çıxdaş etmək, vurub sıradan çıxarmaq bizə başucalığı gətirməz. Mübarizəni açıq meydanda edin. Pərdə arxasındakı mübarizələr şərəfsiz və ləyaqətsiz mübarizələrdir. Ulu Şeyx Şamil kimi, dahi Heydər Əliyev kimi… mübarizə aparın. Yenə sual çıxır ortaya. Hansı səbəbə görə onun övladı cəsarətli elm xadimlərindən biri olacağına şübhə etmədiyim Elnur Aslanovla deyək ki, bu gün Avropanın, Asiya ölkələrinin, ABŞ universitetlərinin… elm xadimləri, iş adamları  fəxr edir, onun haqqında, gördüyü işlər haqqında… Kütləvi İnformasiya Vasitələri, mətbuatı yazır, ondan danışır… biz isə hələ də atılan böhtanlardan, əclaf yığnağından yaxa qurtara bilmirik. Və bunu da xatırladım ki, (mən indiyədək təhlillərimdə səhv etməmişəm. Bəzən məni çaşdırıblar hardasa… Amma yenə səhvimin üstündən qələm çəkib, yola çıxmışam. Aristotel yazırdı ki, mən yüz nəfərin yüzünün də xoşuna gələ bilmərəm. Əgər yüzünün də xoşuna gələrəmsə, onda mən dəliyəm… professor Aslanovaya edilən hücumlar və qarayaxmaların kökündə oğul Aslanovun beynəlxalq aləmdə yeni nüfuz sahibi olmasıdır. Şübşhəsiz bu mənim fikrimdir.

Amma Bakı Dövlət Universiteti hələ də toz və duman arasındadır. Və bu toz-duman arasında kimin əlinə nə keçdi, yerindən qoparıb, viran qoyur: Tələbə müəllimini söyür, müəllim rektoru… rektor naziri… (?) Sizlər hara gedirsiniz, cənablar? Bakı Dövlət Universiteti arxada qalıb…

Rabiyyat_Aslanova

Mən şəxsən professor Rəbiyyət xanımı geniş mənada tanımıram. Ancaq onun haqqında xarici mətbut səhifələrində çox oxumuşam. Simpoziumlarda, elmi konfranslarda elmin, təhsilin qarşısında bir xanım cəngavər kimi dayanmasının şahidiyəm… Hüquqşünas T.Çələbiyevaya məsləhət görərdim ki, fəlsəfə tarixi kafedrasının başçısının keçdiyi həyat yoluna, şərəfli elmi fəaliyyətinə nəzər salsın. Ədalət o vaxt zəfər çalır ki, ona ədalətlə yanaşasan. Milli mənəvi dəyərlərimizin qorunmasında onun xidmətləri az deyil.

Hal-hazırda Bakı Dövlət Universiteti tozla-duman arasındadır. Lakin bu toz-dumanın içində bizlərdən imdad gözləyən güclü və qüdrətli xanım alimlərimizi qorumağı bacarmalıyıq.

Rövşən Novruzoğlu Vəliyev,

politoloq

Xüsusi olaraq yenixeber.org üçün

Etikxeber.az

Read Previous

Bu maddənin istifadəsi məhdudlaşdırılır…

Read Next

Prezident Fövqəladə Hallar Nazirliyinin idman-sağlamlıq klubunun açılışında – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir