Nizami Kino Mərkəzi Şekspirin “On ikinci gecə”sini təqdim edəcək

Dekabrın 26-da Nizami Kino Mərkəzi “British Council Azərbaycan” və “Cool Connections” şirkəti ilə birgə paytaxt sakinlərinə dahi Vilyam Şekspirin “On ikinci gecə” pyesi əsasında qurulmuş tamaşanın lent yazısını rus dilində alt yazılarla təqdim edəcək.

Mərkəzin mətbuat xidmətindən Etikxeber.az-a bildirilib ki, tamaşanın rejissoru Tim Karroldur.

Unudulmaz personajların yer aldığı “On ikinci gecə” həsrət və itirilmiş sevgiyə həsr olunmuş təsiredici tamaşadır. Şekspirin bir zamanlar bəstələdiyi musiqi əsərlərinin bir qismi sözügedən tamaşada səslənir. Bu səhnə əsəri 1601-ci ildə “Globe” teatrında təqdim olunan geyimləri, musiqi parçalarını, rəqsləri və bədii tərtibatları təqdim edən, yalnız kişilərin rol aldığı tamaşadır.

Rolları aktyorlar Stiven Fray, Mark Raylens, Semyuel Barnett, Layam Brennan, Pol Çahidi, Con Pol Konnolli, İen Drisdeyl və Conni Flinn ifa ediblər.

Qeyd edək ki, “British Council Azərbaycan”, “Cool Connections” şirkəti və Nizami Kino Mərkəzi layihə çərçivəsində paytaxt sakinlərinə Britaniyanın Milli Teatrı, Şekspirin “Qlobus” teatrı, “Royal Şekspir” şirkəti, “Royal Opera Haus Kovent Qarden” və s. kimi dünya səviyyəli teatrlarının ən yeni və ən uğurlu tamaşalarını təqdim edir.

Layihənin missiyası tamaşaçıya ölkəsini tərk etmədən, yüksək keyfiyyətlə çəkilmiş, dünya teatr və incəsənət şedevrlərini izləməyə imkan yaratmaqdır.

Etikxeber.az

Read Previous

Qala-Pirallahı yolu yenidən qurulur – FOTOLAR

Read Next

“Müasir çağırışlar fonunda türkdilli dövlətlərin daha sıx birləşməsi vacibdir” – SPİKER

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir