Nobel mükafatı laureatları elan olunacaq – BU GÜN

Bu gün İsveç və Norveç paytaxtlarında Nobel mükafatı laureatları elan olunacaq.

Etikxeber.az  Nobel mükafatının rəsmi saytına istinadən xəbər verir ki, əvvəlcə İsveçdə fiziologiya və təbabət (tibb) sahəsi üzrə Nobel mükafatı laureatının adı açıqlanacaq.

Oktyabrın 8-də Fizika, 9-da Kimya, 10-da isə ədəbiyyat üzrə laureat Nobel Komitəsinin qərarı İsveçdə elan ediləcək. Oktyabrın 11-də isə Nobel sülh mükafatı laureatının adı, həmişə olduğu kimi Osloda elan olunacaq. İsveç Dövlət Bankı tərəfindən 1968-ci ildə təsis edilmiş Alfred Nobel xatirəsinə həsr olunan, iqtisadiyyat üzrə Nobel mükafatının laureatı isə oktyabrın 14-də müəyyənləşəcək.

Qeyd edək ki, 2019-cu il üzrə Nobel mükafatları laureatlarının elan olunması maraqlı bir özəlliklə fərqlənəcək.

Belə ki, bu il həm 2018, həm də 2019-cu illər üzrə ədəbiyyat laureatların adları elan olacaq. 

Etikxeber.az

Read Previous

Hollandiya rəsmən – NİDERLAND OLDU

Read Next

Bakıda ağır avtoqəza: 11 NƏFƏR XƏSARƏT ALDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir