Norveç millisi Azərbaycana gələcək heyətini açıqladı

Futbol üzrə Norveç millisinin dünya çempionatının seçmə mərhələsində keçirəcəyi oyunlar üçün heyəti müəyyənləşib.

Etikxeber.az Norveçin “VG sporten” saytına istinadla xəbər verir ki, baş məşqçi Per Matias Hoqmo 22 futbolçuya dəvət göndərib.

Oktyabrın 8-də Bakıda Azərbaycan millisinin qonağı olacaq norveçlilər 3 gün sonra Osloda San Marino yığmasını qəbul edəcəklər.

Dəvət alan futbolçulardan 7-si karyerasını İngiltərədə, 6-sı isə Almaniyada davam etdirir. Maraqlı məqam Almanıyada legioner olan futbolçuların müdafiə, İngiltərədəkilərin isə yarımmüdafiə xəttində çoxluq təşkil etməsidir.

Heyətdə qapıçılar – Andre Hansen (“Rusenborq”), Rune Yarsteyn (“Herta”, Almaniya), Oryan Niland (“İnqolştadt”, Almaniya)

Müdafiəçilər: Haytam Aleesami (“Palermo”, İtaliya), Veqar Eggen Hedenstad (“Sankt Pauli”, Almaniya), Even Hovland (“Nürnberq”, Almaniya), Stefan Strandberq (“Hannover”, Almaniya), Yonas Svensson (“Rusenborq”), yarımmüdafiəçilər – Markus Henriksen (“Hall Siti”, İngiltərə), Ruben İtterqard Yenssen (“Qroningen”, Hollandiya), Stefan Yohansen (“Fulhem”, İngiltərə), Havard Nordtveyt (“Vest Hem”, İngiltərə), Martin Samuelsen (“Bləkbörn”, İngiltərə), Ole Kristian Selnes (“Sent-Etyen”, Fransa), Per Kilyan Skyelbred (“Herta”, Almaniya), Aleksander Tettey (“Norviç”, İngiltərə), hücumçular – Jo İnqe Berget (“Malmö”, İsveç), Adama Diomande (“Hall Siti”, İngiltərə), Tarik Elyunussi (“Olimpiakos”, Yunanıstan), Pol Andre Elland (“Rusenborq”), Joşua Kinq (“Bornmut”, İngiltərə) və Aleksander Sorlot (“Qroningen”, Hollandiya) yer alıblar.

Qeyd edək ki, Azərbaycan–Norveç matçı Bakı Olimpiya Stadionunda keçiriləcək.

Etikxeber.az

Read Previous

Heydər Əliyev Sarayında “Mənim dünyam” adlı konsert düzənləndi

Read Next

“Qəbələ” uduzdu

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir