“Nostalgia, pluralia tantum” adlı sərgi açılacaq

Dekabrın 3-də Müasir İncəsənət Muzeyində moldovalı məşhur jurnalist və rəssam Vasile Botnarunun “Nostalgia, pluralia tantum” adlı sərgisi açılacaq.

Muzeydən Etikxeber.az-a bildirilib ki, dekabrın 18-dək davam edəcək sərginin ekspozisiyasına fırça ustasının qarışıq texnikada çəkilmiş müxtəlif silsilə əsərləri daxil edilib.

İlk qrafik təcrübələrini tuş, daha sonra qəhvə və şərabla çəkməyə başlayan rəssam Bakıda açılacaq sərgisinin adını özünəməxsus şəkildə izah edir: “Hər bir şəxsdə keçmiş və gələcək, eyni zamanda təzahür edir. İndiki zaman – sanki qum saatının dar boynundan qum dayanmadan klepsidrin yuxarı hissəsindən aşağı hissəsinə tökülür. Bizim daxilimizdə arzular və xatirələr cəmlənir. Biz xatirələrimizin vitrajlarından ibarət məkan və hadisələri işıqlandırıb nəcibləşdiririk. İndiki zamanda həyata keçməyən arzular gerçəkləşmək üçün gələcək zamana keçid edir”.

Qeyd edək ki, 1957–ci il yanvarın 12-də dünyaya göz açan Vasile Botnaru Kişineuda və Moskvada jurnalist təhsili alıb. Müxtəlif nəşriyyatlarda işləyib. Hazırda radiojurnalistika sahəsində fəaliyyət göstərir, jurnalistika üzrə dərs deyir.

Tələbəlik illərində qrafika ilə maraqlanmağa başlayıb. Bu sahədə akademik təhsil almamasına baxmayaraq, şərabla çəkmək texnikası ilə məşhurlaşan müəllif Moldova Rəssamlar Birliyinə təkrarsız və özünəməxsus xüsusiyyətlərinə görə qəbul edilib.

Onun əsərləri nəinki Moldova və xarici ölkə nəşriyyatında, həmçinin bir çox ölkə müəlliflərinin poeziya toplularında öz əksini tapıb. V.Botnarunun əsərləri Rumıniya, Fransa, Almaniya, İtaliya, Kanada, Çin, Latviya və Estoniyada nümayiş etdirilib. 2016–cı ildə Rumıniya və Moldova rəssamları ilə birlikdə Brüsseldə, Avropa Parlamentində əsərləri sərgilənib.

Etikxeber.az

Read Previous

Neftimizin qiyməti 50 dolları ötdü

Read Next

Ağ örpəyə bürünən Ağsu dolayları – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir