Növbədənkənar parlament seçkiləri ilə əlaqədar Təqvim Planı – TƏSDİQLƏNDİ

Mərkəzi Seçki Komissiyası (MSK) Milli Məclisə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planını təsdiqləyib.

Etikxeber.az xəbər verir ki, Təqvim Planına əsasən, passiv seçki hüququ olan vətəndaşlar öz təşəbbüsləri ilə, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar, siyasi partiyaların blokları tərəfindən birmandatlı seçki dairələri üzrə namizədlərin irəli sürülməsi seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı rəsmi dərc olunduqdan sonra başlayır.

Dairə seçki komissiyası müvafiq sənədlərin komissiyaya təqdim edilməsindən sonra 5 gün müddətində namizədliyin irəli sürülməsinin təsdiq olunub-olunmaması barədə əsaslandırılmış qərarını qəbul edəcək. Namizədliyin irəli sürülməsini təsdiq edən qərar qəbul edildiyi gündən başlayaraq dairə seçki komissiyası tərəfindən namizədə və ya onun səlahiyyətli nümayəndəsinə, habelə siyasi partiyanın və siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinə imza vərəqələri veriləcək. 

Eyni zamanda, növbədənkənar seçkilərlə əlaqədar seçkiqabağı təşviqatın aparılacağı müddət müəyyənləşib.

Bu məqam da Təqvim Planında əksini tapıb.

Seçki Məcəlləsinin 75-ci maddəsinə əsasən, qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri tərəfindən seçkiqabağı təşviqatın aparılması səsvermə gününə 23 gün qalmış başlanmalı və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılmalıdır.

Təqvim Planına əsasən, Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar seçkiqabağı təşviqat 2020-ci il 17 yanvarda başlayacaq, 2020-ci il 8 fevral saat 8.00-da başa çatacaq.

Etikxeber.az

Read Previous

“Əməliyyatda meyit donordan deyil, canli donordan istifadə olunub…” – RƏŞAD MAHMUDOV

Read Next

“Bu sonuncu şansdır” deyənləri ciddiyə almamalıyıq…” – SABİQ DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir