“Növbəti 6 kənd, növbəti Zəfər…Düşmən və ona züy tutanlar gözləsinlər-sarsıdıcı xəbərlər, sarsıdıcı zərbələr hələ qabaqdadır…”- JALƏ ƏLİYEVA YAZIR

Arış, Doşulu, Edişə, Düdükçü, Edilli, Çiraquz…

Daha 6 kənd..Daha bir müjdə, daha bir sevinc, daha bir Zəfər…

Ali Baş Komandan cənab İlham Əliyevin sərkərdəlik etdiyi rəşadətli və müzəffər Azərbaycan Ordusu Qarabağmızın daha 6 kəndini erməni işğalından, murdar yağı tapdağından azad etdi…

Daha 6 bölgəmizdə 27-28 ildən sonra müqəddəs üçrəngli, ay-ulduzlu bayrağmız ucaldıldı, dalğalandırıldı…

Var ol, Ali Baş Komandanım, min yaşa, müzəffər Ordum!

Bayrağın ucalardan-uca, Qələbən, Zəfərin mübarək olsun, Azərbaycanım!

Bunlar çox möhtəşəm, sözlərə, kəlmələrə sığmayacaq anlar, hadisələrdir…

Hamımız sevinir, qürurlanır, sevinc göz yaşları tökürük…30-32 illik kədər, acı göz yaşlarımız nəhayət, Qələbə, Zəfər, sevinc göz yaşları ilə əvəzlənir…Bunları çoxdan gözləyirdik, bunlara çoxdan təşnə idik…

Şükürlər olsun Yaradanımızın böyüklüyünə…Öz ədalətini, bu günləri görməyi, yaşamağı bizlərə bir daha yaşatdığı üçün…

Bəli, biz buna layiq idik, biz bunu haqq edirdik…Çünki Haqq yolundaydıq, Haqq mübarizəsindəydik…Haqq savaşı aparırdıq nəmrudlarla, namərdlərlə, nacinslərlə, soysuzlarla…

Onlar öz cinayətlərini, qəsblərini, zülmlərini əbədi hesab edirdilər…Elə zənn edirdilər ki, belə gəlib, belə də gedəcək, onların cinayətlərinə “dur” deyən, onların qəsblərini dayandıran olmayacaq…

Ancaq çox yanıldılar, düz hesablaya bilmədilər…Güclü, qüdrətli, möhtəşəm və əzəmətli Azərbaycan, müzəffər, şanlı Azərbaycan Ordusu, liderlər Lideri onlara “dur”, “dayan” dedi, onlara haqq etdikləri və layiq olduqları cavabı verdi və verməkdədir…

Qaşaltı, Gəncə soyqırımı, terraktı, 15 oktyabr tarixində yaşanan Tərtər qətliamı, növbəti erməni vandalizmi, növbəti insanlıq dramı belə bizi öz yolumuzdan, Haqq savaşımızdan, mübarizə əzmimizdən döndərə, yayındıra, çəkindirə bilmədi, bilməyəcək!

Yağı, qəvi düşmən, onun qanlı havadarları heç nəyə nail ola bilməyəcəklər!

Elə Ali Baş Komandanımızın Türkiyənin nüfuzlu “NTV” kanalına möhtəşəm müsahibəsində də dediyi kimi, “biz irəliləyirik, hər dəfə yeni torpaqları azad edirik və bu, reallıqdır. Yaxın vaxtlarda yeni açıqlamalar olacaq və bu onları daha da sarsıdacaq”.

Bəli, düşmən və ona züy tutanlar gözləsinlər-hələ çox sarsıdıcı xəbərlər, sarsıdıcı zərbələr qabaqdadır…Gözləsinlər… Zəfər, Qələbə bizimlədir!

Cənab Prezidentin bəyan etdiyi kimi:

“Bizim son hədəfimiz dəyişməz olaraq qalır. Azərbaycanın beynəlxalq təşkilatlar, dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyü təmin edilməlidir. Biz döyüş meydanında dayanmağa hazırıq. Əgər Ermənistan buna hazır olarsa və bizə təqvim verilərsə, biz sabah dayanmağa hazırıq. Ancaq proses olaraq biz dayanmayacağıq. Biz istəyirik ki, artıq hərbi proses siyasi prosesə çevrilsin. Ermənistan buna hazırdırsa və beynəlxalq təşkilatlar, böyük ölkələr Ermənistanı inandıra bilərlərsə, bu, daha tez bir zamanda olacaq. Yox, o zaman Azərbaycan Ordusunun zəfər yürüşü davam edəcək”.

Bəli, Qarabağ Azərbaycandır, Qarabağ Azərbaycanındır və Azərbaycanın olacaq!

Jalə ƏLİYEVA,

Millət vəkili

Etikxeber.az

Read Previous

“Fitnə toru hörmə bir də! Biz tərəfə hürmə bir də!”-MİLLƏT VƏKİLİNİN YENİ ŞEİRİ

Read Next

“Ali Baş Komandan ermənilərin məkrli planını puç edir… İki yüz ildir təşkilatlanan “dənizdən-dənizə” ideologiyasını həyata keçirməyə çalışan ermənilərin xülyalarını sabun köpüyünə çevirir…”-ELNUR ALLAHVERDİYEV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir