Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI

117 saylı Oğuz-Qəbələ Seçki Dairəsində cəmi 3 məntəqə ləğv edildi. Belə başa düşdüm ki, Məzahir Pənahovun 3 rəqəminə sevgisi var. Əks halda, 4 saat gözlətdikdən sonra mənə ilk müraciəti: ” Söz demək üçün cəmi 3 dəqiqəniz var”-olmazdı. Mən də 3 dəqiqənin 2 dəqiqəsini Məzahir əmiyə bağışlayıb cəmi bir dəqiqəyə bunları deyib çıxdım:-Əlinizi ürəyinizin üstünə qoyub deyə bilərsizmi ki, bu seçkiləri həqiqətən Aqiyə qazanıb?!. Deyə bilməzsiz! Bu seçkinin qalibi mənəm! Bunu burda oturan hər biriniz yaxşı bilirsiz!
Etikxeber.az xəbər verir ki, bunu deputatlığa namizəd, Əməkdar jurnalist Ləman Ələşrəfqızı “Facebook” statusunda qeyd edib.
O, daha sonra bunları qeyd edib:
“Təəssüf ki, mənim camaatımın inamını sarsıtdız. O adamların ki, təzəlikcə saxta bələdiyyə seçkilərindən çıxmışdılar, Oğuzun iki kəndində iki bələdiyyə binası yandırmışdılar, parlament seçkilərini baykot etmişdilər, mən bu adamları seçkiyə inandırdım, islahatlara inandırdım, xalq-Prezident vəhdəti yaratdım! Siz keçirdiyiniz seçkilərlə Prezidentin islahatlarını, dövləti gözdən saldınız. Və bunun məsuliyyəti sizin üzərinizdədir, Məzahir müəllim! Vəssalam! Dedim və çıxdım. Növbəti addım məhkəmə olacaq”.
Etikxeber.az





