Növbəti intihar xəbəri Tovuzdan gəldi… İntiharların sonu olacaqmı?

Tovuz rayonunda intihar hadisəsi baş verib.

Etikxeber.az bildirir ki, rayon prokurorluğundan verilən məlumata görə, hadisə fevralın 6-sı axşam saat 22 radələrində Qəribli kəndində baş verib. Kənd sakini Tahirov İsa İkram oğlu özünü yaşadığı evin həyətində asıb.

İntiharın səbəbləri məlum deyil.

Faktla bağlı Tovuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, fevralın 5-də də Tovuz rayonunda intihar hadisəsi olmuşdu. Rayonun Düz Qırıqlı kənd sakini, 2000-ci il təvəllüdlü Qəmbərova Aliyə Habil qızı ozünü yaşadığı evdə asmışdı.

Etikxeber.az

Read Previous

Nazir Trampı müdafiə etdi: “Miqrasiya ilə bağlı fərman qanunidir”

Read Next

Ölkə ərazisində bir neçə yanğın hadisəsi qeydə alınıb

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir