“Növbəti Nobel Sülh mükafatının Prezident İlham Əliyevə verilməsi üçün prosedur başladılmalıdır”-ELŞAD MİRBƏŞİR

İlham Əliyev adını şanlı tariximizə Qarabağın xilaskarı və Zəngəzurun memarı kimi yazdırıb.

Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin (MM) bu gün keçirilən iclasında parlamentin komitə sədri Musa Quliyev deyib.

O, Prezident İlham Əliyevə Günəş ömrü arzulayıb.

Deputat Elşad Mirbəşir qeyd edib ki, dünyada sülhə ən böyük təhdid münaqişələrdir.

“Prezident İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyaraq beynəlxalq sülhə çox ciddi töhfələr verib. Azərbaycan Prezidenti ərazilərimizi işğaldan azad etməklə beynəlxalq təhlükəsizliyə təhdid törədən transmilli cinayətlərin də qarşısını almış oldu. Bu günə qədər Nobel Sülh mükafatına layiq görülmüş şəxslərin fəaliyyəti ilə Prezident İlham Əliyevin fəaliyyətini müqayisə etmək heç doğru olmazdı. Prezident İlham Əliyev öz praqmatik siyasəti ilə beynəlxalq sülhə töhfə verib. Ona görə də növbəti Nobel Sülh mükafatının Prezident İlham Əliyevə verilməsi üçün prosedur başladılmalıdır”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

TƏBRİKLƏR və TƏŞƏKKÜRLƏR!-ƏKBƏR QOŞALI YAZIR

Read Next

“Pənahəli xandan Rəsulzadəyə, Nərimanovdan Elçibəyə qədər hamısı İlham Əliyevin qələbəsindən…”-ZAHİD ORUC

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir