Növbəti açıq hərracda 19 dövlət əmlakı özəlləşdirilib

Noyabrın 1-də Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac keçirilib.

Etikxeber.az xəbər verir ki, budəfəki hərracda ümumilikdə 19 dövlət əmlakı olmaqla bir səhmdar cəmiyyəti, 17 kiçik dövlət müəssisə və obyekti, eləcə də bir nəqliyyat vasitəsi özəlləşdirilib.

Qeyd edək ki, bu hərrac da, əvvəlki hərraclar kimi, tamamilə açıq və şəffaf şəraitdə baş tutub və istənilən vətəndaşın və ya media üzvünün iştirakına heç bir məhdudiyyət olmayıb. Həm bu hərracın, həm də respublikanın digər şəhər və rayonlarında keçirilən hərracların gedişatı əyani müşahidə şəklində böyük monitorlarda canlı izlənilib.

Etikxeber.az

Read Previous

Yağıntılar davam edəcək, külək əsəcək

Read Next

Natiq Əliyev: “Hasilat üzrə göstəricilər 9 milyon tondan 41 milyon tona qədər yüksəlib”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir