“Növbəti tarixin anların şahidləriyik ki…” – ELDƏNİZ SƏLİMOV

Azərbaycan ikinci müstəqilliyi və inkişafı tarixində yeni mərhələni yaşayır. Son 15-20 gün ərzində yaşananlar deyərdim ki, Azərbaycanın növbəti inkişaf mərhələsinə qədəm qoymasının ilkin və qətiyyətli addımlarıdır. Ölkə prezidenti cənab İlham Əliyev və birinci xanım, birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələri ilə görüşü, onlarla bağlı imzalanan məlum fəraman, onun səhərisi gün gənclərlə növbəti tarixi görüşü, verilən mesajlar, əməkhaqlarının artırılması, Nazirlər Kabintetinin müəyyən narahatlıqlara səbəb olmuş qərarının dərhal dayandırılmasına tapışırıq verilməsi, Şamaxıya, zəlzələ bölgəsinə gedilməsi, zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı müvafiq addımların atılması, regionların sosial-iqtisadi inkişafı ilə bağlı 4-cü Dövlət Proqaramına start verilməsi, tələbələrin, doktorantların, magistrlərin təqaüdlərinin artırılması, nəhayət, əmək pensiyalarının minumum həddinin müəyyənləşdirilməsi-116 manatdan 160 manata çatdırılması yönündə parlamentə qanun layihəsi göndərilməsi böyük hadisələr və tarixi anlardır. Bu, Azərbaycanın nələrə qadir olduğunun və ola biləcəyinin növbəti siqnallarıdır. Bu, sürətli və dinamik inkişaf yolu ilə əzmlə, qətiyyətlə addımlayan Azərbaycanın inkiafının növbəti göstəricisidir, növbəti təsdiqidir.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.

O, qeyd edib ki, bu addımlar həm yaxşı mənada uğurlarımıza sevinən dostlara, həm də 1991-ci ilin avqust-oktyabr aylarından müstəqilliyinizi həzm və qəbul edə bilməyən dairələrə verilən mesajlardır:

BEYLE-7

tahir-ilya-1

mehri-sehid-2

mehri-sehid

BIRINCI

4 il-yekun

“Xüsusilə, ölkəmizin müstəqil dövlətçilik və inkişaf xəttinə qarşı çıxan, bu xətti əngəlləmək hər çür oyundan çıxan, sosial şəbəkələri süngüyə, döyüş, hərb meydanına çevirən, ancaq yenə də istədiklərinə nail ola bilməyən anti-Azərbaycan dairələrinə mesaj verilir ki, Azərbaycanı öz yolundan, öz xəttindən, öz relsindən çıxarmaq, başqa səmtə yönəltmək artıq mümkün deyil. Nəyə əl atacaqlarsa, əllərində partlayacaq, özlərini yandırıb, külə döndərəcək, atalar, el məsələində deyildiyi kimi, yel qayadan heç nə apara bilməyəcək. Onların qarşısında Azərbaycan adlı keçilməz, aşılmaz bir qaya var və bu qayanın fəhti də, fatehi də yalnız Azərbaycan, Azərbaycan xalqı və Azərbaycan dövlətidir”.

Millət vəkili açıqlamasında həmçinin, ölkə prezidentinin Azərbaycanın ali təhsil və orta ixtisas təhsili müəssisələrində, o cümlədən, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistratura səviyyəsində əyani təhsil alan tələbələrə təqaüdlərin verilməsi ilə bağlı sərəncamına geniş yer ayıraraq, bildirib ki,  bu,  bir daha Azərbaycan gəncliyinə qayğının növbəti təzahürü kimi qiymətləndirilməlidir.

Onun sözlərinə görə, bu, Azərbaycanın gələcəyinə, gələcək inkişafına, bu inkişafın əsas avanqardı olan və olacaq təhsilli, savadlı, bilikli, geniş dünyagörüşlü gəncliyin yetişməsinə, onların peşəkar kardlara çevrilməsinə, Azərbaycan təhsilinin, elminin  daha yüksəklərə ucalmasına yönələn, xidmət  edən növbəti addım kimi dəyərləndirilməlidir.

ELDENIZ-1

Millət vəkili bildirib ki, təhsilin, elmin inkişafı, elmli, bilikli gənc kadrların yetişdirilməsi daim Azərbaycan dövlətinin, ələlxüsus, dövlət başığçısının daim diqqət mərkəzində olan, nəzarətində saxladığı bir məsələdir:

“Azərbaycan dövləti, ölkə prezidenti bu məsələni əsas prioritetlərdən, əsas hədəflərdən biri kimi seçib və zaman-zaman bu istiqamətdə gərəkən bütün addımlar atılıb. Son hadisələr də göstərdi ki, bundan sonra  bu addımlar atılacaq, nələr lazımdırsa, nələr gərəkirsə, ediləcək.  Xatırladım ki, bir müddət əvvəl magistrlərə hərbi xidmətdən möhlət hüququ verildi, daha sonra alimlərin mənzil-məişət problemlərinin həlli istiqamətində addımlar atıldı, təhsilin bütün pillələrində yeni metodologiyaya əsaslanan islahatlara start verildi və nəhayət, təqaüdlərin artırılması ilə bağlı mühüm qərar qəbul edildi. Göründüyü kimi, bu addımlar bir-birini tamamlayan və bu sahədə ardıcıllığı təmin edən kompleks xarakterli addımlardır və hədəf Azərbaycanda elmin inkişafını təmin etməkdir. Ümid edirik ki, qəbul edilən bu strateji qərarlar elm sahəsində inkişafı təmin etməklə intellektual əmək sahəsində məhsuldarlığın artmasına da gətirib çıxaracaq. Bir sözlə, Azərbaycan elmində, Azərbaycan təhsilində yeni intibah, yeni tərəqqi yaşanacaq”-deyə, E. Səlimov sonra sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Millət vəkili prezidentin son sərəncamlarından danışdı…

Read Next

Ən təhlükəsiz avtomobillərin reytinq siyahısı açıqlandı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir