Novosaratovka-Çobankənd-Novoivanovka avtomobil yolunun tikintisi başa çatdırılıb – “Azəravtoyol”

Gədəbəy rayonunun Novosaratovka-Çobankənd-Novoivanovka avtomobil yolunun tikintisi “Azəravtoyol” ASC tərəfindən başa çatdırılıb.

ASC-nin mətbuat xidmətindən Etikxeber.az-a bildirilib ki, Novosaratovka-Çobankənd-Novoivanovka avtomobil yolunun uzunluğu 9 kilometrdir. Layihəyə əsasən yol 4-cü texniki dərəcəyə uyğun olaraq inşa edilib.

Tikinti işləri çərçivəsində yolun torpaq yatağının yararsız qruntu qazılaraq çıxarılıb, əvəzinə isə 10 metr enində yeni torpaq yatağı inşa olunub. Daha sonra 2 qat olmaqla yola yeni asfalt-beton örtük döşənib.

Hazırda 2 hərəkət zolaqlı olmaqla yolun asfalt örtüyünün eni 6 metr təşkil edir. Layihəyə uyğun olaraq hər bir tərəfdə 2 metr enində çiyinlərin, həmçinin diametri 400-600 millimetr olan 4 ədəd suötürücü boruların tikintisi aparılıb.

Sözügedən yolun tikintisi ilə 5 yaşayış məntəqəsinin 7 min nəfər əhalisinin gediş-gəlişi xeyli asanlaşıb, insanların yetişdirdikləri məhsulları rahat şəkildə rayon mərkəzlərinə daşınmasına imkan yaranıb. Bundan başqa, inşa olunacaq yeni yol yük və sərnişin daşınmasını xeyli yaxşılaşdırmaqla kənd təsərrüfatının və turizmin inkişafına da gətirib çıxaracaq.

Etikxeber.az

 

Read Previous

Gürcüstana 715,9 milyon kubmetr təbii qaz ixrac edilib – SOCAR-ın vitse-prezidenti

Read Next

Bela Partokun anadan olmasının 135 illiyi qeyd olunacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir