Novruz bayramı ilə əlaqədar 8 gün ardıcıl qeyri-iş günü olacaq-RƏSMİ

Gələn il Novruz bayramı ilə əlaqədar 8 gün ardıcıl qeyri-iş günü olacaq.

Etikxeber.az xəbər verir ki, Nazirlər Kabinetinin “2022-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” qərarına əsasən, 2022-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır.

Gələn il martın 20-i bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yeri dəyişdiriləcək, 25 mart qeyri-iş günü olacaq.

Beləliklə, 26 və 27 mart tarixləri də şənbə gününə təsadüf etdiyi üçün Novruz bayramı ilə əlaqədar 8 gün ardıcıl (20, 21, 22, 23, 24, 25, 26 və 27 mart) iş olmayacaq.

Etikxeber.az

Read Previous

İlham Əliyev Türkiyənin Ali Təhsil Şurasının sədrini-QƏBUL ETDİ, HƏDİYYƏ VERİLDİ – FOTOLAR

Read Next

“Kövrəldik, üzüldük, həm də qürurlandıq!”-MİLLƏT VƏKİLİ DAHA BİR ŞƏHİD AİLƏSİNDƏ – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir