Novruz bayramı ilə əlaqədar 9 gün-İŞ OLMAYACAQ…

Nazirlər Kabinetinin “2022-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” qərarına əsasən, 2022-ci il mart ayının 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır.

Etikxeber.az xəbər verir ki, bu haqda Dövlət Əmək Müfəttişliyi Xidmətindən bildirilib.

Qeyd olunub ki, martın 20-si bazar gününə təsadüf etdiyi üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci bəndinə əsasən iş və istirahət günlərinin yeri dəyişdiriləcək, 25 mart qeyri-iş günü olacaq.

Beləliklə, 19, 26 və 27 mart tarixləri də şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Novruz bayramı ilə əlaqədar 9 gün ardıcıl (19, 20, 21, 22, 23, 24, 25, 26 və 27 mart) iş olmayacaq.

Etikxeber.az

Read Previous

Yoluxmada yenidən artım-7148 – DAHA 22 ÖLÜM…

Read Next

Hava buludlu, dumanlı və çiskinli olacaq-SABAH

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir