Novruz bayramında dünyaya gələn, 20 yaşının tamamından cəmi 4 gün sonra isə Şəhidlik məqamına ucalan-GORANBOYLU İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ƏLİ İSMAYILOV – BU GÜN ŞƏHİDİN CƏNNƏTDƏKİ DÖRDÜNCÜ DOĞUM GÜNÜDÜR…

  • Əslən Gədəbəy rayonunun Şınıx bölgəsindən, özü isə Goranboy rayonunun Qaradağlı kəndin olan Əli Vaqif oğlu İsmayılovun doğum günüdür.

Əli İsmayılovun bu gün-21 mart 2025-ci il tarixində 24 tamam olur.

Bu, həm də Onun Cənnətdəki dördüncü doğum günü, mövlududur.

Etikxeber.az xəbər verir ki, Əli İsmayılov 2001-ci ilin mart ayının 21-də, Novruz bayramında sadə bir ailədə dünyaya gəlib.

Ailənin üç övladından biri, iki bacının tək qardaşı, evin sonbeşiyi olub.

Hər iki bacısı hazırda ailəli, övlad sahibidirlər.

Əlinin atası Vaqif İsmayılov müharibə-Birinci Qarabağ Savaşının iştirakçısı olub, 2-ci qrup müharibə, Qarabağ əlilidir.

Vaqif İsmayılov 1993-cü ildə, Birinci Vətən Müharibəsi zamanı Gədəbəy istiqamətində döyüşlər zamanı yaralanıb.

Əli 2007-2018-ci illərdə Goranboy rayon M. Səfərov adına Qaradağlı kənd tam orta məktəbində təhsil alıb və orta məktəbi qurtardıqdan sonra, 2018-ci ildə Bakı Biznes və Kooperasiya Kollecinə daxil olub.

Lakin 2019-cu ildə təhsilini dayandıraraq həqiqi hərbi xidmətə yollanıb, Ağcabədi rayonu istiqamətində “N” saylı hərbi hissədə xidmət edib.

Əsgərliyinin başa çatmasına sayılı günlər qalmış İkinci Vətən Müharibəsinin başlaması ilə əlaqədar Azərbaycan Ordusunun Əsgəri kimi döyüşlərə atılıb, Ağdam  Xocavənd istiqamətlərində döyüşlərdə iştirak edib.

Müharibədən sonra “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif olunub.

Eyni zamanda, müharibədən sonra Ağdam istiqamətində “N” saylı hərbi hissədə xidmətini davam etdirib və axırıncı dəfə ailəsi ilə 2021-ci ilin fevralın 26-sı-axşam saatlarında əlaqə saxlayıb.

Fevralın 26-dan 27-nə keçən gecə isə Ağdamın Şelli kəndi istiqamətində bir neçə hərbi qulluqçumuzla birlikdə yaralanıb.

Bir aya yaxın Bakı şəhərində yerləşən Hərbi Hospitalda koma vəziyyətində qalıb, ancaq Onun həyatını xilas etmək mümkün olmayıb.

Mart ayının 25-də Şəhidlik məqamına ucalıb və nəşi martın 25-də Qaradağlı kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.

Əli həm də subay olub.

Hazırda ailəsinin yaşadığı küçə Onun adı daşıyır.

Bununla yanaşı, ailəsi övladlarının “Cəsur döyüşü”  “Ağdamın azad olunmasına görə” medalları ilə də təltif olunmasını istəyirlər.

Məkanı cənnətlik, Cənnətdəki dördüncü doğum günü mübarək olsun!

Nur içində yatsın!

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Sabah Cənnətdəki beşinci doğum günləri olan İsmayıllılı, Kürdmaşılı İkinci Vətən Müharibəsi Şəhidləri-AİLƏNİN TƏK VƏ SUBAY OĞLU FƏRİD ƏLİYEV VƏ FƏRİD ƏLİYEVİN DƏFN MƏRASİMİNDƏ İŞTİRAK ETDİKDƏN BİR MÜDDƏT SONRA ŞƏHİDLİK MƏQAMINA UCALAN EMİN AĞAZADƏ…

Read Next

“Azərbaycan sülh səylərini davam etdirəcək və bu prosesə qarşı addımların qarşısını qətiyyətlə alacaq”-XİN-DƏN MİRZOYANA KƏSKİN CAVAB GƏLDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir