Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal antiterror tədbirləri zamanı sentyabrın 19-da qəhrəmancasına Şəhidlik məqamına ucalan əslən Ağdamlı (Papravəndli), özü isə Mingəçevir doğumlu olan Gökhan İlqar oğlu Səfərovla bu gün günorta saatlarında ailəsinin yaşadığı evdə vida mərasimi keçirilib.
Vida mərasimində yüzlərlə insan iştirak edib, Şəhidin ruhuna dualar olunub.
Sonra Şəhidin nəşi “Şəhidlər ölməz, Vətən bölünməz!”, “Qarabağ Azərbaycandır!” şüarları altında və yüzlərlə insanın, şəhər sakininin iştirakı ilə Mingəçevir şəhər Şəhidlər Xiyabanına gətirilib.
Etikxeber.az xəbər verir ki, Şəhidin dəfn mərasimidə ailə üzvləri, Mingəçevirli Şəhid ailələri, Qazilər, hərbçilər, yerli ziyalılar, din xadimləri, Mingəçevir şəhər və Ağdam rayon İcra Hakimiyyətlərinin rəhbər və məsul şəxsləri və başqa şəxlər işrirak ediblər.
Bir daha Şəhidin ruhuna dualar oxunub, sonra nəşi topağa tapşırılıb.
Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və Ağdam rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverən Əliyev çıxış edərək, Şəhidin ailəsinə başsağlığı verib, onlara Allahdan səbr və dözüm arzulayıblar.
Şəhidlərimizin Fəxr, Qürur mənbəyi olduğunu bildirib, onların heç zaman unudulmadığı və unudulmayacağını söyləyiblər.
Daha sonra Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən Şəhidin tabutuna bürünmüş Azərbaycanın Dövlət bayrağı Şəhidin atası İlqar Səfərova təqdim olunub.
Dəfn mərasimindən sonra isə Şəhidin ailəsinin yaşadığı evdə yas mərasimi keçirilib, adına ehsan verilib.
Qeyd edək ki, Gökhan Səfərov 2005-ci ilin mart ayının 20-də, Novruz bayramında- Mingəçevir şəhərində, sadə bir ailədə dünyaya göz açıb.
Ailənin üç oğlan övladından biri, evin sonbeşiyi olub.
Böyük qardaşı hazırda ailəlidir.
O, 2011-2022-ci illərdə orta məktəbdə oxuyub.
2023-cü ilin aprel ayında isə Əsgərliyə yollanıb, Qusar rayonunda “N” saylı hərbi hissədə xidmət etməyə başlayıb.
Və sentyabrın 19-da qəhrəmancasına Şəhidlik zirvəsinə yüksəlib.
O, həm də subay olub.
Məkanı cənnətlik olsun!
Nur içində yatsın!
***
FOTOLAR:












***














Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az




