Novruz bayramında dünyaya gələn, bu gün Cənnətdəki ikinci doğum günü, 20 yaşı tamam olan-MİNGƏÇEVİRLİ ANTİTERROR ŞƏHİDİ GÖKHAN SƏFƏROV… – FOTOLAR

Əslən Ağdam rayonundan olan Mingəçevirli antiterror Şəhidi Gökhan İlqar oğlu Səfərovun doğum günüdür.

Gökhan Səfərovun bu gün-20 mart 2025-ci il tarixində 20 yaşı tamam olur.

Bu, həm də Şəhidin Cənnətdəki ikinci doğum günü, mövlududur.

Bu gün Şəhidin Onsuz doğum günü qeyd olunur.

Etikxeber.az xəbər verir ki, Gökhan Səfərov 2005-ci ilin mart ayının 20-də, Novruz bayramında- Mingəçevir şəhərində, sadə bir ailədə dünyaya göz açıb.

Ailənin üç oğlan övladından biri, evin sonbeşiyi olub.

Böyük qardaşı hazırda ailəlidir.

O, 2011-2022-ci illərdə orta məktəbdə oxuyub.

2023-cü ilin aprel ayında isə Əsgərliyə yollanıb, Qusar rayonunda “N” saylı hərbi hissədə xidmət etməyə başlayıb.

2023-cü ilin sentyabr ayının 19-da-23 saatlıq antiterror əməliyyatı zamanı, cəmi 18 yaşında qəhrəmancasına Şəhidlik zirvəsinə yüksəlib.

Nəşi sentyabrın 21-də Mingəçevir şəhər Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.

Mingəçevirin 5 antiterror Şəhidindən biridir.

Şəhidliyindən sonra “Vətən uğrunda” medalı  3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

O, həm də subay olub.

Məkanı cənnətlik, Cənnətdəki ikinci doğum günü, 20 yaşı mübarək olsun!

Nur içində yatsın!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

12 günlük bayram tətili-BAŞLADI

Read Next

Azərbaycan Ordusunun mövqeləri Keşişkənd istiqamətindən-ATƏŞƏ TUTULDU

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir