“Novruz hər evə xoş ovqat gətirsin, hər ocağa bol sevinc, ruzi-bərəkət və firavanlıq bəxş etsin!”-MEHRİBAN ƏLİYEVA

Birinci vitse-prezident Mehriban Əliyeva Novruz bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib.

Etikxeber.az-ın xəbərinə görə, təbrikdə deyilir:

“Əziz həmvətənlər!

Novruz bayramı münasibətilə sizi səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, uzun ömür və xoşbəxtlik arzulayıram! Təbriklərinizə, səmimi və xoş diləklərinizə görə çox sağ olun! Sizin diqqətiniz, qayğı və dəstəyiniz mənim üçün çox dəyərlidir! Allah Vətən uğrunda həlak olmuş bütün şəhidlərimizə rəhmət eləsin, onların doğmalarına və yaxınlarına səbir versin!

Qoy təbiətin oyanmasının və yenilənməsinin rəmzi olan Novruz hər evə xoş ovqat gətirsin, hər ocağa bol sevinc, ruzi-bərəkət və firavanlıq bəxş etsin!

Uca Tanrı mərhəmətini xalqımızdan heç zaman əsirgəməsin!”.

Etikxeber.az

Read Previous

Bəzi partiyaların fəaliyyəti dayandırıldı-UKRAYNADA

Read Next

Qeyri-sabit hava şəraiti martın 26-dək-DAVAM EDƏCƏK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir