Novruz Məmmədovun ilk hesabatı – MARTIN 15-DƏ

Milli Məclisin (MM) mart ayında ikinci-sonuncu iclası gələn həftə keçiriləcək.

Etikxeber.az  məlumat verir ki, 15 mart tarixli  plenar iclasda yalnız bir məsələ-Nazirlər Kabinetinin son bir illik fəaliyyəti ilə bağlı baş nazirin hesabatı müzakirə olunacaq.

Hökumət adından baş nazir Novruz Məmmədov hesabat məruzəsi ilə çıxış edəcək.

Qeyd edək ki, bu, baş nazir kimi Novruz Məmmədovun parlament qarşısında ilk hesabatı olacaq.

Belə ki, ötən ilin 11 aprel seçkilərindən cəmi 10 gün sonra prezident İlham Əliyev baş nazir Artur Rasi-zadəni istefaya göndərmiş və  bu vəzifəyə Xarici siyasət məsələləri üzrə köməkçisi  Novruz Məmmədovun namizədliyinin təsdiqlənməsi ilə parlamentə müraciət etmişdi.

Parlamentin 21 aprel 2018-ci il xüsusi iclasında da Novruz Məmmədov namizədliyinin təsdiqlənməsi məsələsinə baxılmış və 1996-cı ildən, yəni, 22 ildən sonra ölkənin yeni baş naziri təsdiqlənmişdi.

Onu da qeyd edək ki, növbəti hesabatda baş nazirin birinci müavini və müavinləri, həmçinin, iqtisadi sferaya daxil olan nazirlər, şirkət, konsern və ASC prezidentləri, dövlət komitələrinin sədrləri qatılacaqlar.

Bir gün davam edən müzakirələrin sonunda hökumətin hesabatı səsverməyə çıxarılacaq və təsdiqlənəcək.

MM-in növbəti plenar iclası isə aprel ayının əvvəllərində keçiriləcək.

Etikxeber.az

Read Previous

Parlamentin növbəti plenar iclası və ya Ombudsman nələri deyəcək? – YENİLƏNİB

Read Next

Parlamentdə problemli kreditlərlə bağlı fərmandan danışıldı…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir