Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Sabah Sumqayıtlı İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Təbriz Letman oğlu Alməmmədovun Anım Günüdür.
11 noyabr 2025-ci il tarixində Şəhidin Əbədiyyətə uğurlanmasından 5 il keçir.
Sabah səhər saatlarında Şəhidin Sumqayıt şəhər Şəhidlər Xiyabanında məzarı ziyarət olunacaq.
Məzarı üzərinə gül dəstələri düzüləcək, ruhuna dualar ediləcək, “Quran” oxunacaq.
Etikxeber.az xəbər verir ki, Təbriz Alməmmədov 1995-ci ilin 28 noyabr tarixində Sumqayıt şəhərində dünyaya gəlib.
Ailənin iki oğlan övladından biri olub.
Sumqayıtda orta təhsilə yiyələnib, orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb, Vətənin keşiyində dayanıb.
İkinci Vətən Müharibəsinin ilk günündən də döyüşlərdə iştirak edib.
Döyüşlərin ilk günlərində ağır yaralanıb, bir müddət müalicə alıb.
Sonra yenidən döyüşə-cəbhəyə yollanıb.
Axırıncı dəfə ailəsi ilə noyabrın 1-də danışıb, sonra Onunla əlaqə saxlamaq mümkün olmayıb.
25 yaşının tamamına cəmi 21 gün qalmış-noyabr ayının 7-də isə Şuşa uğrunda döyüşlərdə qəhrəmancasına həlak olub.
Ancaq Şəhidlik xəbəri 3 gün sonra-noyabrın 10-da ailəsinə verilib.
Nəşi noyabrın 11-də Sumqayıt şəhər Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən sonra 4 medalla təltif olunub.
O, həm də subay olub.
Nur içində yatsın!



K.HƏMZƏOĞLU
Etikxeber.az





