Noyabrda dünyaya gəldi, noyabrda da Şəhidlik məqamına ucaldı-SAMUXUN İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ, AİLƏNİN 3 ÖVLADINDAN BİRİ, ALİ TƏHSİLLİ PEŞƏKAR HƏRBÇİ, “AZƏRBAYCAN BAYRAĞI” ORDENLİ ELVİN MƏMMƏDZADƏ… – FOTOLAR

Elvin İlham oğlu Məmmədzadə…

Samux rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən, Vətən fədailərindən, Nur üzlü Şəhidlərimizdən biri…

Elvin Məmmədzadə 1996-cı ilin noyabr ayının 22-də dünyaya gəlib…

Ailənin 3 övladından, 2 qardaşdan biri və ortancıl övlad olub…

Bacısı hazırda ailəli, iki övlad anasıdır, qardaşı isə Gəncədə ali məktəblərdən birində təhsil alır…

2012-2015-ci illlərdə Cəmşid Naxçıvanski adına Hərbi liseydə oxuyub. 2015-2019-cu illərdə isə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil alıb…

Ali təhsilli peşəkar hərbçi olub…

Leytenant hərbi rütbəsini daşıyıb…

İkinci Vətən Müharibəsinin ilk günündən son saatlarına qədər də şərəfli döyüş yolu keçib…

Döyüşüb, vuruşub, qəhrəmanlıqlara imza atıb…

Axırıncı dəfə ailəsi-atası İlham kişi ilə noyabrın 1-də danışıb və ondan sonra Elvinlə əlaqə saxlamaq mümkün olmayıb…

Və İkinci Vətən Müharibəsinin başa çatmasına az qalmış, noyabr ayının 9-da Xankəndi istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb…

24 yaşının tamamına cəmi 13 gün qalmış Şəhidlik zirvəsinə yüksəlib…

Nəşi 4 gün sonra əldə edilib və elə həmin gün, noyabrın 13-də Samux şəhər qəbiristanlığında Əbədiyyətə uğurlanıb…

Şəhidliyindən öncə iki medalla, Şəhidliyindən sonra isə 4 medal və “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub…

Elvin həm də nişanlı olub…

Həyatı kimi arzuları da, xəyalları da yarımçıq qalıb…

***

Bu gün axşam saatlarında Samuxun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Emil Sadıqzadənin valideynləri ilə birlikdə Elvin Məmmədzadənin ailəsini, ocağını ziyarət etdik…

Şəhidin ailəsinə-valideynlərinə bir daha Allahdan səbr və dözüm arzuladıq, bir daha “Şəhidimizin məkanı cənnətlik, ruhu şad olsun!”-dedik…

Ruhu qarşısında baş əydiyimizi bildirdik…

Bir saatdan çox çəkən ziyarət zamanı Şəhidimizin valideynləri ilə söhbətləşdik, bir daha Elvinin keçdiyi qısa, lakin şəfərli ömür və döyüş yoluna nəzər saldıq…

Qısa müddətdə, cəmi 24 yaşda Qəhrəmanlıqlarla, İgidliklərlə dolu bir Ömür…

Əsl İgid, Qəhrəman, Vətən sevdalısı ömrü…

Fəxr ediləcək, Qürur duyulacaq bir ömür yolu…

Məqamı Uca, dərgahı mübarək olsun!

Nur içində yatsın!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Nəşi uzun müddət sonra tapılmış, iki övladı Vətən əmanət qalmış-BƏRDƏLİ ŞƏHİD ORUC CƏFƏROVUN ƏBƏDİYYƏTƏ UĞURLANMASINDAN İKİ İL ÖTDÜ… – FOTOLAR

Read Next

“Heç bir şübhəniz olmasın: Ukraynaya dəstəyimizi davam etdirəcəyik”-RİŞİ SUNAK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir