Noyabrın 3-də Şəhid oldu…Nəşi bir ay bir gün sonra, dekabrın 4-də torpağa tapşırıldı…İKİ ÖVLADI VƏTƏNƏ ƏMANƏT QALAN ŞƏHİD ZAHİR MEHDİYEV – FOTOLAR

44 günlük tarixi İkinci Vətən Müharibəsinin Qəhrəmanlarından, İgidlərindən biri də Şəhid Zahir Zakir oğlu Mehdiyevdir…

Tarixi Qələbə və Zəfərimizdə Zahirin də bir Vətən sevdalısı kimi əməyi, zəhməti, xidməti var…

Zahir də öz qanı, öz canı ilə adını Azərbaycan tarixinə həkk etdirmiş, qəhrəmanlıq səlnaməsinə yazdırmış Oğullardandır…

Zahir 1984-cü ilin aprel ayının 27-sində Kürdəmir rayonunun Qarabucaq kəndində, sadə, zəhmətkeş bir ailədə dünyaya gəlib…

1990-cı ildə həmin kəndin orta məktəbinin 1-ci sinifinə daxil olub…

2001-ci ildə orta məktəbi  bitirib və 2002-ci ildə vətəndaşlıq, Vətən xidmət borcunu yerinə yetirmək üçün əsgərliyə yollanıb…

Hərbi xidmətini Goranboyun Goran qəsəbəsində yerləşən hərbi hissələrdən birində, ön cəbhədə yerinə yetirib…

2004-cü ildə hərbi xidmətini başa vurub, evinə, ailəsinə dönüb…

2010-cu ilin mart ayında gizirlik kursuna daxil olub və elə həmin ildə Qazaxda, ön cəbhədəki hərbi hissələrdən birində taqım komandirinin müavini kimi fəaliyyətə başlayıb…

Zahir həm də 2016-cı ilin Aprel dpyüşlərinin iştirakçılarından olub…

Və həmin ilin dekabr ayında müqaviləsi bitdiyinə və ailə vəziyyətinə görə hərbi xidmətini dayandırıb, geriyə, Kürdəmirə qayıdıb…

Ancaq Vətən sevdalısı Zahir İkinci Vətən Müharibəsi başlanan kimi, yəni, 36 yaşının tamamından düz 5 ay sonra, sentyabrın 27-sində döyüşlərə atılıb, gizir kimi cəbhənin Füzuli, Xocavənd, Hadrut istiqamətlərində gedən qanlı döyüslərində fəal istirak edib…

Döyüşüb, vuruşub, igidliklər, qəhrəmanlıqlar nümayiş etdirib…

Və İkinci Vətən Müharibəsinin başa çatmasına bir həftə qalmış, 2020-ci ilin noyabr ayının 3-ündə Xocavənd istiqamətində döyüşlərdə qəhrəmancasına həlak olub, Səhidlik Zirvəsinə ucalıb…

Ancaq onun nəşini uzun müddət əldə etmək, tapmaq mümkün olmayıb…

Yalnız bir ay bir gündən sonra, dekabr ayının 4-ündə nəşi əldə edilərək, Kürdəmirə gətirilib və Şəhidlər Xiyabanında torpağa tapşırılıb…

Ölümündən sonra da iki medalla- “Vətən uğrunda” və “Xocəvəndin azad olunmasına görə” medalları ilə təltif olunub…

Zahir həm də ailəli, iki övlad-bir qız, bir oğul atası olub…

İki övladı Vətənə əmanət qalıb…

Onu da qeyd edim ki, Zahir Mehdiyevin həyat yoldaşı Süranə xanımla bir müddət öncə Kürdəmirdə, Şəhid Ramil Babayevin adını daşıyan “Şəhid bulağı”nın açılışnda tanış oldum…

Eyni zamanda, vaxt darlığından Şəhid xanımı ilə geniş tanışlıq və danışmaq imkan olmadı…

Ancaq bugünlərdə Kürdəmirin daha bir Şəhidi-Cəmil Həşimlinin şəhidliyinin 9-cu ayının tamam olması ilə bağlı keçirilən ziyarət-görüşdə Süranə xanımla daha yaxından tanış olmaq və danışmaq imkanım oldu…

Çox sakit, çox utancaq, çox kövrək, göz yaşları ovcunun içində olan bir xanım, Azərbaycan-Türk xanımı…

Onunla Şəhidimiz, övladları barədə söhbətləşdim, Allahdan Şəhidimizə rəhmət, Süranə xanım başda olmaqla, Şəhidin ailəsinə səbr, dözüm dilədim…

Allah Şəhidimizin məkanını cənnətlik etsin, ailəsinə, Vətənə əmanət qalan iki övladına kömək olsun!

Ruhu qarşısında ehtiramla baş əyirəm!

19:40, 9 iyul

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

İki şadlıq sarayının sahibi barəsində cinayət işi başlandı, 12 obyekt sahibi saxlanıldı-DİN MƏLUMAT YAYDI

Read Next

40 yeni yoluxma-3 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir