Noyabrın 8-də xalası oğlu ilə birlikdə Şuşada Şəhid olan, nəşi 18 gündən sonra Əbədiyyətə uğurlanan-TƏBRİZ CÜMƏZADƏNİN BU GÜN ANIM GÜNÜDÜR…MƏZARI İZDİHAMLI ŞƏKİLDƏ ZİYARƏT OLUNDU, ANIM MƏRASİMİ DÜZƏNLƏNDİ… – FOTOLAR – YENİLƏNİB – (5)

Mingəçevir şəhərinin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Təbriz İldırım oğlu Cüməzadənin Anım Günüdür.

Bu gün Təbriz Cüməzadənin Əbədiyyətə uğurlanmasından üç il keçir.

Anım Günü ilə bağlı bu gün səhər saatlarında Şəhidin Mingəçevir şəhər Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunub.

Şəhidin məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub, məktəblilər tərəfindən şeirlər səsləndirilib, qısa çıxışlar edilib, Şəhidin İgidliyi və Qəhrəmanlığından bəhs olunub, ailəsinə Allahdan səbr və dözüm arzulanıb.

Sonra “Sevgi” şadlıq sarayında Şəhidin Əbədiyyətə uğurlanmasının üçüncü ili ilə bağlı Anım mərasimi keçirilib, adına ehsan verilib.

Bir daha ruhuna dualar olunub.

Bir daha çıxışlar edilib, bir daha Şəhidə və Şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib.

Ziyarət və Anım mərasimində Şəhidin ailə üzvləri, Mingəçevir, Oğuz, Bərdə, Şəki, Şirvan və digər bölgələrdən olan Şəhid ailələri, Qazilər, hərbçilər, məktəblilər, din xadimləri, Oğuz rayon Mingəçevir şəhər İcra Hakimiyyətlərinin məsul şəxsləri iştirak ediblər.

Etikxeber.az-ın xəbərinə görə, əslən Oğuz rayonunun Xaçmaz kəndindən olan Təbriz Cüməzadə 2000-ci ilin fevralın 2-də sadə, zəhmətkeş bir ailədə dünyaya gəlib.

Ailədə iki uşaq, iki qardaş olublar.

Ali təhsilli Qorxmaz evin böyük, Təbriz isə ailənin kiçik oğlu olub.

Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb.

2019-ci ildə hərbi xidmətini başa vurduqdan sonra evinə dönüb.

Bir müddət işsiz qalıb.

2020-ci ilin sentyabrın 29-da isə səfərbərliyə cəlb olunub, döyüş bölgəsinə göndərilib.

Döyüş yolu isə uzun, Füzuli, Cəbrayıl, Xocavənd  Şuşa istiqamətlərində olub.

Noyabrın 8-də, Şuşa şəhəri işğaldan azad olunan gün, müharibənin başa çatmasına iki gün qalmış isə ağır döyüşlərdən birində qəhrəmancasına Şəhid olub.

Nəşi düz 17 gün sonra, ayın 25-də, Şuşa şəhərində tapılıb və noyabrın 26-da Mingəçevir şəhər Şəhidlər Xiyabanında dəfn olunub.

Qeyd edək ki, Təbriz Cüməzadənin atasını illər öncə itirmiş xalası oğlu, ailənin iki övladından biri, subay, ali təhsilli Orxan Rəhimli də onunla eyni gündə Şuşa istiqamətində döyüşlərdə Şəhid olub.

Onun nəşi isə 8 gün sonra Oğuzun Xaçmaz kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra Təbriz Cüməzadə 3 medalla-“Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Təbriz də subay olub.

Məkanı cənnətlik olsun!

Nur içində yatsın!

12:59

***

FOTOLAR:

ŞƏHİD TƏBRİZ CÜMƏZADƏNİN MƏZARINI İZDİHAMLI ZİYARƏT…

***

***

***

…VƏ ANIM MƏRASİMİ, EHSAN SÜFRƏSİ…

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Atasının doğum günündə torpağa tapşırılan, beş yaxın qohumu Şəhid olan-KAMRAN FAZİL OĞLU QASIMOVUN BU GÜN ƏBƏDİYYƏTƏ UĞURLANDIĞI GÜNDÜR…

Read Next

Orden haqları tanınmayan İkinci Vətən Müharibəsi Şəhidləri-MİNGƏÇEVİRLİ İLKİN AĞAKİŞİYEVLƏ SAMUXLU TALEH YUSİFOVUN BU GÜN ƏBƏDİYYƏTƏ UĞURLANDIĞI GÜNDÜR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir