Noyer Çempionlar Liqasında “Liverpul” ilə oyunu buraxa bilər…

Almaniyanın “Bavariya” futbol klubunun qapıçısı Manuel Noyer zədəsinin ciddi olması ilə əlaqədar UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsində “Liverpul” komandası ilə görüşü buraxa bilər.

Etikxeber.az xəbər verir ki, klubun baş məşqçisi Niko Kovaç Almaniya mətbuatına açıqlamasında 31 yaşlı qapıçının zədəsinin sağalma müddətinin məlum olmadığını bildirib.

O, deyib ki, Noyer bir neçə həftə yaşıl meydanlardan kənarda qalacaq.

Hətta fevralın 19-da UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsində “Liverpul” ilə ilk görüşdə də qapıçının iştirakı sual altındadır.

Xatırladaq ki, qolkiper “Bayer Leverkuzen” ilə qarşılaşmadan əvvəl məşq zamanı əlindən zədə almışdı.

Etikxeber.az

Read Previous

“İnsanlar YAP-ı qoyub, hara getməlidirlər ki?” – İLHAM MƏMMƏDOV

Read Next

“Şəhidlik elə bir zirvədir ki…” – ZİYAD SƏMƏDAZADƏ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir