Nulan da “yola” salınır…

ABŞ dövlət katibinin Avropa və Avrasiya işləri üzrə köməkçisi Viktoriya Nuland vəzifəsini tərk edəcək.

Bu barədə Etikxeber.az “Associated Press” agentliyinə istinadən məlumat verir.

Ümumilikdə ABŞ xarici siyasət idarəsini bir neçə diplomatın tərk edəcəyi bildirilir. V.Nulanddan başqa, dövlət katibinin köməkçiləri Coys Barr və Mişel Bond, eləcə də dövlət katibinin inzibati-təsərrüfat işləri üzrə müavini Patrik Kennedi vəzifələrindən ayrılıb.

Hazırda dövlət katibinin səlahiyyətlərini Dövlət Departamentinin sabiq rəhbəri Con Kerrinin müavini Tomas Şennon icra edir. ABŞ Prezidenti Donald Tramp bu vəzifəyə Reks Tillersonun namizədliyini irəli sürüb, lakin Senta onun namizədliyini hələ təsdiqləməyib.

Etikxeber.az

Read Previous

Tramp ABŞ-a qaçqınların qəbulunu dayandırır…

Read Next

Fazil Mustafa : “Bu, cəmiyyətin alt qatlarında ciddi problemlərin yaşandığından xəbər verir”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir