“Nümayəndə heyətinin qarşısına dəqiq vəzifə qoyulub – prezidentlərin görüşü”-ZELENSKİ

Məqsədimiz budur ki, bu mübarizədə, Ukraynanın apardığı mürəkkəb danışıqlar bizə və dünyaya lazımi nəticə versin.

Etikxeber.az TASS-a istinadən məlumat verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

“Moskva ilə danışıqlarda nümayəndə heyətimizin bütün cəhdləri Ukrayna və Rusiya prezidentlərinin görüşünü təşkil etməyə yönəlib”-deyən Zelenskinin sözlərinə görə, nümayəndə heyətləri gündəlik vieokonfrans formatında görüş keçirilər.

“Bizim nümayəndə heyətinin qarşısına dəqiq vəzifə qoyulub – prezidentlərin görüşü. İnanıram ki, insanlar bunu gözləyir. Bu çox ağır yoldur, çətin situasiyadır. Məqsədimiz budur ki, bu mübarizədə, Ukraynanın apardığı mürəkkəb danışıqlar bizə və dünyaya lazımi nəticə versin. Biz normal və həqiqi zəmanət əldə edə bilək”– deyə, Zelenski vurğulayıb.

Etikxeber.az

Read Previous

Makron Bayden və Zelenski ilə danışdı-RUSİYAYA QARŞI SANKSİYALARIN GENİŞLƏNDİRİLMƏSİ QƏRARA ALINDI

Read Next

Baş nazir və nazirlər yenidən-PARLAMENTARİLƏR QARŞISINDA – HESABAT VERƏCƏKLƏR – SABAH

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir