Nümayəndələr Palatası qondarma “erməni soyqırımı”nı tanıdı – TÜRKİYƏ ETİRAZ ETDİ

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ABŞ Nümayəndələr Palatasının qondarma “erməni soyqırımı”nı tanımasına münasibət bildirib.

Etikxeber.az xəbər verir ki, Türkiyə XİN başçısı “Twitter”də bildirib ki, tarixi siyasətə alət edənlərin bu qərarı utancvericidir.

Onun sözlərinə görə, Türkiyə Suriyanın şimalında “Barış bulağı” hərəkatı ilə böyük oyunu pozub.

“Bizdən bu yolla intiqam alacaqlarını düşünənlər yanılırlar. Bu qərarın hökumətimiz və xalqımızın üçün heç bir önəmi yoxdur” – deyə, M. Çavuşoğlu vurğulayıb.

Qeyd edək ki, ABŞ Nümayəndələr Palatası qondarma “erməni soyqırımı”nın tanınması barədə akt qəbul edib.

Qətnamənin  lehinə 404, əleyhinə 11  səs verilib.

Etikxeber.az

Read Previous

“Dövlət pensiya kapitalının 40 faizinin maliyyələşdirilməsini üzərinə götürsün, yoxsa…” – TƏKLİF

Read Next

“MDB məkanında bu, yolverilməz hərəkətdir…”- İLHAM ƏLİYEV – FOTO – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir