Nurməhəmmədovla Puarye arasında – DÖYÜŞ

Sentyabrın 7-də Dağıstan çempionu Həbib Nurməhəmmədovla amerikalı döyüşçü Dastin Puarye arasında Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə döyüşçülərin mütləq çempionatı (UFC) üzrə döyüş keçiriləcək.

Etikxeber.az xəbər verir ki, UFC kateqoriyası üzrə ən güclü idmançılardan biri hesab edilən H.Nurməhəmmədov indiyədək bu kateqoriya üzrə qalibiyyət kəmərini iki dəfə qorumağı bacarıb.

O, UFC döyüşlərində 27 dəfə qalib gəlib. D.Puarye isə çempionluq uğrunda ilk dəfə mübarizəyə qoşulacaq. O, 12 dəfə nokaut etməklə 25 dəfə qələbə qazanıb və 5 dəfə məğlub olub.

UFC çempionu Həbib Nurməhəmmədovla rəqibi arasında keçiriləcək qarşılaşmaya biletlərin hamısı satılıb.

Məlumata əsasən, döyüşə biletlərin qiyməti təxminən 70-2200 dollar təşkil edib.

Xatırladaq ki, rusiyalı idmançı ötən il oktyabrın 7-də irlandiyalı Konor Makqreqora Las-Vegas şəhərində keçirilən və əsrin döyüşü adlanan döyüşdə qalib gələrək dünya çempionu kəmərini müdafiə edib.

H.Nurməhəmmədovun həmin döyüşdən əldə etdiyi qonorar iki milyon dollar olub.

Etikxeber.az

Read Previous

Əlavə təqaüd yerlərinin bölgüsü və əcnəbilərə təqaüdlərin verilməsi üçün – YENİ QAYDA

Read Next

Tam orta təhsil bazasından kolleclərin boş qalan plan yerlərinə ixtisas seçimi başladı – BU GÜNDƏN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir