Nurməhəmməd Hacıyev də IV İslam Həmrəyliyi Oyunlarının çempionu oldu

Mayın 19-da IV İslam Həmrəyliyi Oyunlarında sərbəst güləş yarışlarının birinci günündə daha bir Azərbaycan idmançısı qızıl medala sahib olub.

Etikxeber.az xəbər verir ki, yarışda 97 kiloqram çəki dərəcəsində çıxış edən güləşçimiz Nurməhəmməd Hacıyev qızıl medal uğrunda görüşdə İran idmançısı Amir Mohammadini 11:2 hesabı ilə məğlub edərək “Bakı-2017”nin qızıl medalını qazanıb.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyeva və ailə üzvləri final qarşılaşmasına baxıblar.

Etikxeber.az

Read Previous

“Döyüşdə məğlubiyyətə düçar olan Ermənistan tərəfi bunun əvəzini virtual məkanda çıxmağa uğursuz cəhdlər göstərir” – MN

Read Next

Atletika yarışlarının 4-cü günündə idmançılarımız bir qızıl medala sahib oldu – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir