Nüşabə Sadıxlı Müsavat Partiyası Məclisinin sədri seçildi – YENİDƏN

Müsavat Partiyası Məclisinin növbəti sessiyası keçirilib.

Etikxeber.az xəbər verir ki, iclasın təşkilati məsələlər bölümündə gizli səsvermə yolu ilə Məclisin sədri və katibi müəyyənləşib.

Həmçinin, MNTK-da boş qalan yerlərə və Divana seçkilər keçirilib.

Seçkilərin nəticələri:

Nüşabə Sadıxlı Məclisin sədri, Fəridə Ələsgərli isə Məclisin katibi seçilib.

Tamilla Axundova və Sadiq Abdullayev MNTK üzvü seçiliblər.

Divana üzv seçilənlər:

Almaz Əliqızı

Fəridə  Ələsgərli

Könül Alı

Nüşabə Sadıxlı

 Fərəc Kərimli

 Gülağa Aslanlı

 Hidayət İsmayıl

 Mustafa Hacıbəyli

 Nemət Kərimli

 Osman Kazımov

 Rafiq İsmayıl

 Razim Əmiraslanlı

 Səxavət Soltanlı

 Yusif Tağı

Daha sonra Müsavat başqanı Arif Hacılı aparat rəhbəri və müavin vəzifələrinə təyin etdiyi şəxslərin adlarını açıqlayıb, Məclis üzvləri açıq səsvermə ilə bu təyinatları təsdiqləyib.

Təyinatları təqdim edirik:

Gülağa Aslanlı – Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri,

Razim Əmiraslanlı – Müsavat başqanının təşkilat məsələləri üzrə müavini,

Fərəc Kərimli – Müsavat başqanının təbliğat məslələri üzrə müavini,

Nemət Kərimli – Müsavat başqanının hüquq siyasəti və ictimai əlaqələr üzrə müavini,

Osman Kazımov – Müsavat başqanının hüquq və insan haqları üzrə müavini,

Səxavət Soltanlı – Müsavat başqanının xarici siyasət məsələləri üzrə müavini.

A. Hacılı bir həftə ərzində öz müşavirlərini də təyin edəcəyini bildirib.

Etikxeber.az

Read Previous

“Artan büdcəmiz Azərbaycanı sosial rifah dövlətinə çevirəcək” – MİLLƏT VƏKİLİ

Read Next

“Əlimizdən gələni edib Türk adımızı qaytarmalıyıq” – SABİT BAĞIROV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir