“Nüvə stansiyasının tikintisi mövzusunu yenidən aktuallaşdırmağa ehtiyac var” – POLİTOLOQ

“Nüvə dövlətlərindən hamı qorxur. Əgər Şimali Koreyanın nüvə silahı olmasaydı, Amerika oranı çoxdan ram etmişdi. Ancaq bu qorxunc ölkənin nüvə silahına malik olması Amerikanın bu ölkəyə hücum etməsi ehtimalını azaldır. Amerikanın keçmiş prezidenti Bill Klinton 1994-cü ildə müşavirlərinə Şimali Koreya ilə müharibə ssenarisinin hansı nəticələrə gətirib çıxaracağı ilə bağlı hesabat hazırlamağı tapşırır. Hesabatdan çıxan nəticələr dəhşətli olur”.

Etikxeber.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

O, deyib ki, əgər Amerika Şimali Koreyaya hücum edərsə, yüzminlərlə insan həlak olacaq, Cənubi Koreya dağılacaq və işğal olunacaq, oradakı amerikalı hərbçilər böyük itkilər verəcəklər:

“Mənə elə gəlir ki, bu hesabatı indiki prezident Donald Trampın da masasının üzərinə qoyublar.

Sözümü nəyə gətirirəm. Bir ara Azərbaycan rəsmiləri belə bir açıqlama verdilər ki, gələcəkdə ölkədə nüvə elektrik stansiyasının tikintisi araşdırılmalıdır. SSRİ vaxtında Azərbaycanda nüvə elektrik stansiyasının tikintisi planda olub.

Hətta tikintinin bünövrəsi də qoyulmaq üzrə idi. Çernobıl qəzası və SSRİ-nin süqutu bu planların üstündən xətt çəkdi. Fikrimcə, nüvə elektrik stansiyasının tikintisi mövzusunu yenidən aktuallaşdırmağa ehtiyac var. Nüvə sözünün özü işğalçıya ciddi mesaj olmalıdır. Bilirəm, ekoloji baxışları olanlar nüvə elektrik stansiyasının tikintisinin qəti əleyhinə çıxacaqlar.

Ancaq müzakirələri başlamağa bizə heç nə mane olmur. Hələ bir az irəli getsək nüvə silahı barədə də danışmaq olar.

Biz bilmirik Rusiyanın Ermənistandakı hərbi bazalarında nələr var. Oradan bizə təhlükə varsa, bu təhlükədən sığortalanma məsələsini də daima diqqətdə saxlamalıyıq və düşmən bilməlidir ki, onda olan silahdan daha güclüsü Azərbaycanda olacaq və olmalıdır…”

Etikxeber.az

Read Previous

“Təhsil və səhiyyə bütün ölkələrdə prioritet sahələrdir” – BİRİNCİ VİTSE-PREZİDENT- FOTO

Read Next

“Real Madrid” komandası UEFA Çempionlar Liqasının ikinci yarımfinalçısı oldu – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir