“O, azad insan idi…” – ƏFLATUN AMAŞOV

“Torpağa tapşırıldığı bu gün barəsində keçmiş zamanda danışmaq olduqca ağırdır. Zabil Müqabiloğlunu çoxdan tanıyırdım. İstedadı, bacarığı, ədəb-ərkanı ilə seçilən həmkarlarımızdan idi”.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov öz “Facebook” statusunda qeyd edib.

O, qeyd edib ki, müalicə üçün İranda olarkən telefonla söhbətləşiblərmiş.

“İlk dəfə səhhəti pisləşəndə xəstəxanaya baş çəkməyə də getmişdim. Xəstəliyinin bənizinə gətirdiyi solğun görkəmdə bir yaşamaq istəyi duydum. Ağrısız-acısız, sərhədləri olmayan, çərçivələnməyən, məhdudiyyətsiz yaşamaq istəyi. O, azad insan idi.

Artıq Zabil haqq dünyasındadır. Ruhunun azadlığını tapdığı yerdə. Ağrımıza, acımıza təsəllimiz də yalnız budur. Təəssüf ki, budur.

Doğmalarına, əzizlərinə, daim təəssübünü çəkdiyi, ona qayğısını əsirgəməyən həmkarlarına dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin. Məkanı cənnət olsun!”-deyə, millət vəkili sonra qeyd edib.

Etikxeber.az

Read Previous

Azərbaycan-Qətər sənədləri imzalandı – FOTO

Read Next

Kür çayının suyun səviyyəsi 8 santimetr artıb- NAZİRLİK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir