“O bayraqdan ötrü can qoyan Oğullar var…Onu, sən əlində sərxoş vəziyyətdə yelləmək üçun yox, bütün dünyada dalğalanması üçün can qoyublar…”-KÜRDƏMİRLİ ŞƏHİD ANASI ÜSYAN ETDİ

Üçrəngli bayrağımızı sən əlində sərxoş vəziyyətdə yelləmək üçun yox, bütün dünyada dalğalanması üçün can qoyublar Oğullarımız.

Bunu Kürdəmirli İkinci Vətən Müharibəsi Şəhidi Cəmil Həşimlinin anası Simuzər Bağıyeva öz Facebook sosial şəbəkə hesabında paylaşdığı statusunda yazıb.

Statusu olduğu kimi təqdim edirik:

“Neçə gündür yazmaq istəyirəm, doğrusu, ürəyim gəlmirdi..Amma bu şəhər bir statusda da bunu gördüm, dedim yazacam e…Dəfələrlə toylarda görmüşəm cavanlar içki qəbul edəndən sonra bayrağı əlinə alıb ” Yaşa, Azərbaycan!” oynayırlar…Oynamırlar eee, şıllaq atırlar…Özü də elə adamlar ki, müharibə vaxtı harda gizləniblər, heç özləri də bilmirlər…

İndi sərxoş olub o natəmiz əllərində bayraq yelləyirlər..Düzü mənim pisimə gəlir…O bayraqdan ötrü can qoyan Oğullar var…Onu, sən əlində sərxoş vəziyyətdə yelləmək üçun yox, bütün dünyada dalğalanması üçün can qoyublar…Nolar onsuz da biz ŞƏHID anaları az əziyyət çəkmirik…Bunu da bizə dərd etməyin…Amma mən bir toyda bunu etdim, o bayraq tutanın əlindən aldım bayrağı…Yaxşı da eləmişəm….Kim olursan-ol, içkili halda ŞƏHİDİMİN QANINA BOYANMIŞ BAYRAGI ƏLİNƏ ALMA!!!”

Qeyd edək ki, Simuzər Bağıyevanın təkbaşına böyütdüyü hər üç övladı, hər üç oğlu İkinci Vətən Müharibəsində iştirak edib.

Etikxeber.az

Read Previous

Mədəniyyət mərkəzinə atəş açılması barədə Ermənistanın yaydığı məlumat yalandır-MÜDAFİƏ NAZİRLİYİ

Read Next

Bu yollarda sıxlıq və tıxacdır…Bu yolda isə sürət həddi endirilib-BAKIDA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir