“O çevrələrin dümsükləmələri nəticəsində rəsmi Bağdad Ankarayla qarşıdurmaya gedir…” – DEPUTAT

“Amerikanın aparıcı korporasiyaları, biznes elitası, hər şeyi öz adıyla çağırmalı olsaq bu ölkənin əsl yiyələri ofşorların hesabına büdcədən nə az, nə çox düz 718 milyard dollar yayındırıblar. Təsəvvür edirsinizmi, qarşılarına çıxan hər kəsi məhz ofşor əməliyyatlarında suçlandıranlar ofşorbaşıymışlar. Ən azından “oğru elə bağırır ki, doğrunun bağırı yarılır” məsələni bilən biri kimi ABŞ-ın PIRG Education Fund və Citizens for Tax Justic araşdırma qurumlarının bu haqda hesabatlarını oxuyanda mən qətiyyən təəccüblənmədim”.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Sahib Alıyev deyib.

Onun sözlərinə görə, 0ğrunun bağırmasından söz düşmüşkən, Türkiyəni işğalçılıqda suçlandıran İraqa qərbdəki bəlli çevrələr də qoşulub. Bəlkə, elə həm də o çevrələrin dümsükləmələri nəticəsində rəsmi Bağdad Ankarayla qarşıdurmaya gedir.

“Qəribədir, deyilmi?! Özləri 9 min kilometr basıb gəlir, Yaxın Şərqin altiını-üstünə çevirir, ölkələrı parçalayır, heç bir izn almadan parçaladıqları ölkələrdə, məsələn, Suriyadakı kimi, hərbi bazalar qururlar. Bu, işğal olmur, ancaq Türkiyə təhlükəsizliyini təmin etməyə qalxanda bu, işğaı adlandırılır“-deyə, o, sonra sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Paşayevadan sərt təpki: “İnsan da baldızına bu cür yanaşa bilərmi?”

Read Next

Prezidentlə xanımı “Sevirəm”-in açılışını etdilər – YENİLƏNİB – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir