Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Dağlıq Qarabağın Azərbaycandan qopardılaraq Ermənistana birləşdirilməsi ideyası yeni deyil, 30 il bundan öncə Ermənistanda meydanlarda mitinqlərdə səslənən ideyadır. Sonradan Ermənistan rəhbərliyi bu ideyanın onlar üçün ciddi problemlər yarada biləcəyini düşünərək, Dağlıq Qarabağ münaqişəsini “müstəqilik”, “öz müqəddəratını təyinetmə” kimi prinsiplər əsasında maskalamağa çalışdılar. Amma keçən illər ərzində buna da nail ola bilmədilər.
Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Tahir Mirkişili deyib.
O, düşünür ki, Ermənistan baş nazirinin bu şüara bir daha qayıtması bir tərəfdən keçən müddət ərzində Ermənistanın Dağlıq Qarabağla bağlı apardığı siyasətin iflasa uğraması deməkdir, digər tərəfdən Paşinyanın ciddi və savadlı dövlət adam olmamasından, onun meydan-mitinq şüarlarının kütləni idarə edə bilməsini düşüməsindəndir.
“Hesab edirəm ki, Azərbaycanın ardıcıl xarici siyasəti Ermənistan baş nazirini belə çıxılmaz və Ermənistan mövqelərini daha da zəiflədən belə fikirlər səsləndirməsinə gətirib çıxarıb. Bu bəyanat münaqişənin həllində Azərbaycanın ədalətli mövqeyini daha da gücləndirəcək”-deyə, millət vəkili sonra bildirib.



“Qarabağ Ermənistandır, vəssalam” çağırışı Azərbaycanın ərazi bütövlüyünə qarşı rəsmi olaraq iddianın irəli sürülməsi və aşıq-aşkar müharibəyə təhrikdir. Ermənistanın baş naziri Nikol Paşinyan bu təxribatçı və destruktiv açıqlamalarla regionu yeni təhlükə və risklərlə üz-üzə qoyur. O, diqqəti ölkədaxili problemlərdən yayındırmaq üçün vəziyyəti qəsdən gərginləşdirir”.
Bu fikirləri isə mətbuata açıqlamasında deputat Aydın Hüseynov deyib.
Deputat qeyd edib ki, Nikol Paşinyan hakimiyyətə gəldiyi 1 il müddətində heç bir ciddi bir iş görə bilmədiyi üçün erməni cəmiyyətini “xarici düşmən təhlükəsi” ətrafında birləşdirməyə çalışır. Dağlıq Qarabağ probleminə görə çıxılmaz vəziyyətə düşmüş N.Paşinyan Ermənistanda çürük və yalanlarla dolu anti-Azərbaycan təbliğat maşınını gücləndirir.
Deputat qeyd edib ki, ATƏT-in Minsk qrupu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi addımlar atmır. Minsk qrupu yalnız radikal hərəkətləri təxirə salmaq üçün danışdıqları bir platforma halına gətirib. Ermənistan ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə ciddi danışıqlar aparmaq əvəzinə Azərbaycanın səbrindən və münaqişənin dinc yolla həlli ilə bağlı üzərinə götürdüyü öhdəlikdən sui-istifadə edir. Ermənistan bütün mümkün vasitələrlə danışıqlar prosesini bloklayır, münaqişənin həlindən yayınır və işğalı, etnik təmizləmənin nəticələrini davam etdirmək, status-kvonu saxlamaq üçün vaxt qazanmağa çalışır.
Deputat vurğulayıb ki, Paşinyanın bu açıqlamaları, ilk növbədə, BMT Təhlükəsizlik Şurasına, ATƏT-in Minsk qrupuna və bu qrupun həmsədri olan ölkələrə münasibətdə sərgilənən hörmətsizlikdir və bu küçə siyasətçisinin cavabı da sözügedən qurum və ölkələr tərəfindən verilməlidir.
A. Hüseynov qeyd edib ki, Ermənistanın həm siyasi, həm də hərbi müstəvidə həyata keçirmək istədiyi bütün təxribatların qarşısı kəskin şəkildə alınacaq və “vəssalam” sözünü Azərbaycanın Silahlı Qüvvələri deyəcək:
“Sadəcə, “Qarabağ Azərbaycanındır” sözünün sonunda Ermənistanın bir dövlət kimi mövcudluğunu da şübhə altına alacaq bir neçə nida işarəsi də ola bilər”.
Etikxeber.az





