“O cür rəzillikləri edə bilməzdik, çünki biz azərbaycanlıyıq…”-MİLLƏT VƏKİLİ

Azərbaycan Prezidentinin də vurğuladığı kimi, Qarabağ xanının saldırdığı, bizim mütəxəssislərin öz pulumuzla çağdaş şəhərə çevirdikləri Xankəndində dünən keçirilən futbol yarışına sosial şəbəkənin hay seqmentindəki qəzəbli reaksiya ilə bağlı bir neçə kəlmə demək istəyirəm. Reaksiyalarından görünür ki, bu böyük bir hissəsi xəstələndirilmiş toplumun sağalmasına hələ çox var.

Onlar fərqində deyillər ki, bir zamanlar dələduz Vardanyanın qarşısında duraraq bəlağətli nitq söylədiyi o qədim çinarın yanındakı su mənbəsinin adı “Astvats” yox, Tanrı bulağıdı. Və bir gün Tanrının sevimlisi olan o yerlərin əsl yiyəsi gəlib həmən çinara salam verməliydi, necə ki, verdi.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Sahib Alıyev dilə gətirib.

Onun sözlərinə görə, anlamırlar ki, həm də Zəngilan meşəsində məhv etdikləri o cür çinarların ahına tuş gəliblər.

“Yəqin haçansa anlayacaqlar ki, biz də onların etdiklərini edə, başqasının torpağını ələ keçirə, dinc adamları qırıb-çata, soyqırımı törədə, etnik təmizləmə apara bilərdik. Amma etmədik, o cür rəzillikləri edə də bilməzdik, çünki biz azərbaycanlıyıq. Biz basdığını kəsənlərdən deyilik. Xankəndi stadionundakı dünənki matç isə o demək idi ki, orada ancaq futbol oynanılacaq, başqa idman yarışları keçiriləcək, 30 il boyu oynanılan oyunlara isə əbədi son qoyulub.Bilirsiniz, dünən Xankəndində yaşananlara qəzəb püskürənlərdən bizim fərqimiz həm də ondadır ki, millət olaraq sözün hər anlamında öz yerimizdəyik.

Millət olaraq da, fərd olaraq da öz yerində olmaqdan böyük xoşbəxtlik varmı? Fərddən söz düşmüşkən, heç kimə sirr deyil ki, bu gün dünyada cənab İlham Əliyev kimi öz yerində olan liderlər bir əlin barmaqlarıyla sayılacaq qədər azdır. Ona görə də onun “Mən xoşbəxt adamam”,- deməyə tam haqqı var. Amma bir liderin yerində olmağı onun özündən də çox elə xalqının xoşbəxtliyidir. Dünən mənim xalqım o xoşbəxtliyi yaşayırdı.

Dünən dünya futbol tarixində ilk yarış idi ki, hər iki komanda ayaqları topa dəyməmişdən oyunu udmuşdular. Və o oyunu onlara udduran həmən meydanda topa ilk zərbə vuran Müzəffər Ali Baş Komandanımız idi. Dünənki oyun, onun ayaqda Fransa olmaqla bir neçəsinin qapısından keçirdiyi qolun, özünün də qeyd etdiyi kimi Azərbaycan xalqının qazandığı zəfərinin sadəcə meydanda sərgilənməsi idi.

Həmin zəfərin əldə edilməsində müstəsna xidməti olan şəxs heç təsadüfi deyil ki, o oyunu bu yolda canından keçən şəhid yadigarları və doğmalarıyla birgə izləyirdi. Əminən ki, dünənki mənzərəni görən şəhdilərimizin ruhları Xankəndində hərbi parad keçirilən gündəkindən də artıq sevinirdi. Qoy ruhları həmişə şad, ruhlarını şad edən liderimiz isə var olsun!”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

İlham Əliyev “Saxsı”,”Turşsu” bulağında və TURŞSU QƏSƏBƏSİNDƏ OLDU – FOTOLAR – YENİLƏNİB – (3)

Read Next

Doğum günün mübarək olsun, Şəhidimin Anası-Sənubər Ana! – KAMİL HƏMZƏOĞLU YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir