“O gün türk-müsəlman əhalisinə qarşı həyata keçirilən kütləvi qırğınların qarşısını aldı, müstəqilliyimiz tam mənasında təmin edildi…”-BƏHRUZ MƏHƏRRƏMOV

Bu gün Bakının işğalçı erməni-bolşevik birləşmələrindən azad olunduğu gündür. 102 il əvvəl, Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu 1200-ə yaxın şəhid hesabına Bakını terorçu birliklərdən azad edərək ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoydu, türk-müsəlman əhalisinə qarşı həyata keçirilən kütləvi qırğınların qarşısını aldı, müstəqilliyimiz tam mənasında təmin edildi.

Etikxeber.az-ın xəbərinə görə, bunu millət vəkili Bəhruz Məhərrəmov deyib.

“Bir millət-iki dövlət” konsepsiyasının əsasının qanla yazıldığı, BÖYÜK TÜRK BİRLİYİnin təməlinin atıldığı bu əziz və şərəfli gündə şanlı TÜRK ordusunun hər bir əsgərini hörmətlə anır, daimi minnət borcumuzu ifadə edirik”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

“Çətinliklər və görüləcək işlərə dair fikir mübadiləsi apardıq…”-MİLLƏT VƏKİLİ – FOTOLAR

Read Next

Dünənlə müqayisədə yoluxmada növbəti artım yaşandı-114 – DAHA 2 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir