Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Millət vəkili, Qaçqınlar Cəmiyyətinin sədri Əziz Ələkbərlidən “Qərbi Azərbaycan (İrəvan) Respublikası”nın üzvlərinə və rəhbəri Qafar Çaxmaqlıya etiraz gəlib.
Etikxeber.az xəbər verir ki, millət vəkili öz sosial şəbəkə hesabında “Qərbi Azərbaycan (İrəvan) Respublikası”nın yaradılması üçün formalaşdırılan İdarə Heyətində adı yer alan Cəmşid Dərələyəzlinin Qaçqınlar Cəmiyyətinin sədr müavini kimi təqdim edilməsini düzgün saymayıb.
“Qafar “Hökuməti” Cəmşid Dərələyəzlini Qaçqınlar Cəmiyyətinin sədr müavini kimi təqdim edib. O şəxs Cəmiyyətin heç üzvü də deyil“-deyə, o, qeyd edib.
Həmçinin, qeyd edib ki, “Azərbaycan Qaçqınlar Cəmiyyəti sabah bu fırıldaqla bağlı bəyanat verəcək”.
Etikxeber.az