Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Qadınların, xüsusilə, gənc qızların peşə – ixtisas təhsilinə və məşgulluğunun təmin olunmasına ciddi önəm verilməlidir.
Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Musa Quliyev son illər Azərbaycan cəmiyyətində boşanmaların, erkən nihakların artmasına, həmçin, uşaqlar arasında cinsi və fiziki istismara məruz qalmanın çoxalmasına, bununla bağlı “ölüm hokum”nün yenidən bərpası məsələsinin gündəmə daşınmasına münasibətini bildirərkən deyib.
“Bunlar çox ciddi məsələlərdir”-deyən, millət vəkilinin sözlərinə görə, erkən nikahların çoxalması bir tərəfdən xurafatın, geriqalmışlığın, qadın hüquqsuzluğunun cəmiyyətimizə meydan oxumasıdırsa, digər tərəfdən buna rəvac verən faktorların hələ də aktual olmasıdır:
“Fikrimcə, hər iki istiqamərdə mübarizə daim getməlidir. Maarifləndirmə və inzibati təqiblər paralel aparılmalıdır. Bəyəm kənddə məktəb direktoru, icra nümayəndəsi, bələdiyyə sədri görmürlər ki, kimin məktəbli qızı nişanlanıb, məktəbə gəlmir?!
Yaxud, kənddə toy olanda onun səsi rayon polis şöbəsinə gedib çatmırsa, o rəisin qulağı ilə bağlı “problem” daha güclü əl tərəfindən həll olunmalıdır. Bizim qanunlara görə 18 yaşa çatmayan şəxslər uşaq sayılır və uşaqların taleyükü qərarlar qəbul etmə hüququ yoxdur. Ona görə də nikah yaşı 18-dən başlayır . Bu yaşa çatmayan qızlar mənəvi, intellektual, hətta, çox zaman fizioloji baxımdan ailə həyatına, uşaq doğub – böyütməyə, tərbiyə etməyə hazır, bir sənət, peşə sahibi olmurlar, iqtisadi, mənəvi və hüquqi baxımdan asılı vəziyyətə düşürlər”.
M. Quliyev deyib ki, məsələnin digər tərəfi “qız yükü-duz yükü” problemidir, yəni, qadınlarımızın məşğulluğu məsələsidir:
“Erkən nikahların böyük bir qismi də buradan qaynaqlanır. Qadınların, xüsusilə, gənc qızların peşə – ixtisas təhsilinə və məşgulluğunun təmin olunmasına ciddi önəm verilməlidir. Peşəsi, iş yeri olan qadın ailəsinə maddi dəstək, cəmiyyətin fəal üzvü kimi söz sahibi olar, boşanarsa belə ayaq üstə durmağı bacarar. Tənzimləyici normalar və qanunlarımız kifayət qədərdir, sadəcə, onların zamanında və düzgün tətbiq edilməsi lazımdır”.
Millət vəkilinin dediyinə görə, uşaqlara qarşı hər cür təcavüz ciddi cəzalanmalıdır:
“Amma mən heç bir halda ölüm hökmünün tərəfdarı deyiləm. Bu, geriyə doğru bir addım olardı. Dünya təcrübəsi də sübut edib ki, ölüm hökmü ağır cinayətlərin sayını azaltmır. Məhz ümummillli lider Heydər Əliyev də ölüm hökmünün ölkəmizdə ləğv edilməsi qərarını verəndə bu və digər amilləri nəzərə almışdı. Profilaktik tədbirlərin kifayət qədər geniş palitrasından istifadə olunmalıdır. Məktəb, polis, qəyyumluq orqanları məsuliyyətini artırmalıdır, QHT-lər və KİV-lər bu məsələni daim diqqətdə saxlamalıdır! Ən sadə formul isə belədir: Valideyin öz uşağını özü qorumalıdır!”.
Etikxeber.az