Obama ən çox məvacib alan dövlət başçısıdır – SİYAHI

Dünyada ən yüksək maaş alan ölkə rəhbərlərinin siyahısı açıqlanıb.

Etikxeber.az-ın APA-ya istinadən verdiyi məlumata görə, siyahıda ilk pillədə ABŞ prezidenti Barak Obama qərarlaşıb.

Onun illik məvacibi 400 min dollar təşkil edir.

İkinci Kanada baş naziri Castin Trüdo (260 min dollar), üçüncü isə Almaniya kansleri Angela Merkeldir (234 min dollar).

İlk “onluğa” həmçinin Cənubi Afrika Respublikasının rəhbəri Ceykob Zuma (223 min dollar), Böyük Britaniya baş naziri Tereza Mey (215 min dollar), Fransa prezidenti Fransua Olland (194 min dollar) və digərləri daxildir.

Rusiya prezideni Vladimir Putin isə 9-cu pillədə qərarlaşıb.

Onun illik maaşı 136 min dollardır.

Etikxeber.az

Read Previous

İrimiqyaslı təlimləri davam edir – FOTOLAR

Read Next

Abbaszadə ilə Cabbarov anlaşdı – Birgə İşçi Qrupu yaradıldı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir