Güneydoğu Asiya Ölkələr Birliyi (ASEAN) 2016 Liderlər Zirvəsi üçün Laosun başkəndi Vientianeyə gedən ABŞ prezidenti Barak Obama orada bəzi etiraflarda bulunub.
Etikxeber.az-ın məlumatına görə, o, mindən çox öyrənci, iş adamı və yetkiliyə səsləndiy çıxışında, “Buradakı tariximizə baxaraq, Laosun toparlanmasının ABŞ-ın əxlaqi sorumluluğu olduğuna inanıram”-deyib.
Sonra ABŞ-ın 1964-cü ildən 1973-cü ilə qədər Laosa 2 milyon ton bomba atdığını etiraf edən Obama, Laos xalqından üzür diləməsə də, ancaq savaşı və sonrasında yaşanan acı xatirələri anımsadaraq, “Səbəb nə olursa- olsun, niyyətlərimiz nə olursa- olsun, savaş çox böyük acılar verərək ağır bədəl ödədir“- deyə, sözlərinə əlavə edib.
Etikxeber.az