Obama yenə Klintona dəstək istədi: “Mənə etdiyinizi ona da edin”

ABŞ prezident seçkiləri astanasındadır. Seçki yarışı nəinki namizədlər, həmçinin hazırkı Prezident Barak Obama üçün də gərgin keçir. O, mütəmadi olaraq amerikalıları gələcək seçkilərdə Hillari Klintonu dəstəkləməyə çağırır.

Etikxeber.az-ın bildirdiyinə görə, AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, oktyabrın 28-də Barak Obama Florida ştatında Hillari Klintonun lehinə təşviqat aparıb.

“Sizi bilmirəm, amma mən özümü yorğun hiss etmirəm. İşimi davam etdirməyə hazıram və istəyirəm ki, siz də mənə dəstək olasınız. Məhz buna görə də Floridaya gəlmişəm və keçən dəfə mənim üçün etdiyiniz kimi, indi də bacardığınız qədər çalışmağınızı istəyirəm. Eyni şeyləri ABŞ-ın növbəti prezidenti olmağa layiq Hillari Klinton üçün də edin”- deyə,  Obama Orlando şəhərində keçirilən seçkiqabağı mitinqdə bildirib.

Ekspertlərin fikrincə, Florida ştatında səsvermənin nəticələri namizədlərin hər hansı birinin qələbəsi üçün mühüm rol oynaya bilər. Florida “tərəddüdlü” adlanan ştatlar qrupuna daxil olduğu üçün vacib sayılır. Bu ştat nə demokratlar, nə də respublikaçılar üçün dayaq nöqtəsi deyil. Odur ki, noyabrın 8-nə təyin edilmiş ümumi prezident seçkilərinin nəticələri xeyli dərəcədə Florida ştatında qazanılan qələbədən asılı olacaq.

Etikxeber.az

Read Previous

“Azəravtoyol” : Bərdə-İstisu yolunda mühüm əhəmiyyətə malik avtomobil körpüsü salınır

Read Next

Paytaxtda 1000-ə yaxın yaşayış binasının sökülməsi nəzərdə tutulub

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir