Ödəmə qabliyyətini itirən banklar 3 il müddətinə vergidən azad olunacaq

Ödəmə qabliyyətini itirən banklar 3 il müddətinə vergidən azad olunacaqlar
Bu məsələ Vergilər Məcəlləsinə  təklif olunan dəyişikliklər  əksini tapıb.
 Etikxeber.az xəbər verir ki, bu barədə Milli Məclisin (MM)  İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi ilə  Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında çıxışı zamanı vergilər naziri Fazil Məmmədov  bildirib ki, adıçəkilən məsələ Vergi Məcəlləsinə nəzərdə tutulan dəyişiklikdə öz əksini tapıb.
Onun sözlərinə görə,Vergi Məcəlləsinin 164.1.36 maddəsinə nəzərdə tutulan dəyişiklikdə ödəmə qabliyyətini itirmiş bankların restrukturizasiyası  və sağlamlaşdırılması tədbirləri çərçivəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qeyri-işlək aktivlərin  təqdim edilməsi məqsədi ilə 3 il müddətinə ƏDV-dən azad olunması nəzərdə tutulur.
Bu qaydanın 1 yanvar 2017-ci ildən tətbiqi  təklif olunur.
Bundan əlavə, depozitlərdən əldə edilən gəlirlərin də 5 il müddətinə vergidən azad olunması nəzərdə tutulur. Bu dəyişikliyin də 1 yanvar 2017-ci ildən  qüvvəyə minməsi nəzərdə tutulur.
Nazir onu da əlavə edib ki, quş ətinin satışı ilə bağlı güzəştin uzaldılması nəzərdə tutulur.  Dəyişikliyə əsasən quş ətinin satışı ilə bağlı güzəşt 2017-ci il yanvarın 1-dən qüvvəyə minməsi təklif olunur.
Etikxeber.az

Read Previous

Nazir: “Tamadalar, müğənnilər, çalğıçılar, rəqqaslar, aşıqlar da …” – YENİLƏNİB

Read Next

Dərslik, kitab və tədris materiallarında reklam qadağan edilir

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir